https://sputnik.az/20230414/rf-abs-i-lavrovun-numayende-heyetinin-bmt-tedbirlerine-gelisini-razilasdirmaga-cagirir-453735004.html
RF ABŞ-ı Lavrovun nümayəndə heyətinin BMT tədbirlərinə gəlişini razılaşdırmağa çağırır
RF ABŞ-ı Lavrovun nümayəndə heyətinin BMT tədbirlərinə gəlişini razılaşdırmağa çağırır
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xüsusi təyyarəsi ətrafında ABŞ rəsmiləri tərəfindən anlaşılmaz vəziyyət yaranıb. 14.04.2023, Sputnik Azərbaycan
2023-04-14T08:46+0400
2023-04-14T08:46+0400
2023-04-14T08:46+0400
sergey lavrov
rusiya
səfər
anatoli antonov
abş
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438600422_0:0:3063:1723_1920x0_80_0_0_15bb1c995f0b39f29897f5aa86e2105f.jpg
BAKI, 14 aprel — Sputnik. Birləşmiş Ştatlar BMT-nin aprel tədbirləri üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xüsusi reysinin Nyu-Yorka gəlməsinə hələ icazə verməyib və nümayəndə heyətinə viza təqdim etməyib. Rusiya lazımi sənədlərin təxirə salınmadan işlənməsini tələb edir. Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib. "Biz Vaşinqtonu dərhal nümayəndə heyətimizə, eləcə də jurnalistlərə viza verməyə çağırırıq. Onların verilməməsi Birləşmiş Ştatların BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə kimi öhdəliklərinin pozulmasıdır və bu, dünya təşkilatının düzgün, tam hüquqlu fəaliyyətinə mane olur", - deyə Antonov geniş şərhində bildirib. Onun sözlərinə görə, "nazirin xüsusi təyyarəsi ətrafında anlaşılmaz vəziyyət yaranıb". "ABŞ hakimiyyəti hələlik təyyarənin gəlişi ilə bağlı razılığa gəlməyib. Biz amerikalıların heç bir şərt və məhdudiyyət olmadan təyyarənin uçması üçün operativ icazə verəcəklərini gözləyirik", - deyə səfir bildirib. O vurğulayıb ki, tədbirə sayılı günlər qalsa da, qeyri-müəyyənlik hələ də davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438600422_332:0:3063:2048_1920x0_80_0_0_e7230d954f6c98c491ea8149b686e04f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, səfər, anatoli antonov, abş, bmt
sergey lavrov, səfər, anatoli antonov, abş, bmt
RF ABŞ-ı Lavrovun nümayəndə heyətinin BMT tədbirlərinə gəlişini razılaşdırmağa çağırır
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xüsusi təyyarəsi ətrafında ABŞ rəsmiləri tərəfindən anlaşılmaz vəziyyət yaranıb.
BAKI, 14 aprel — Sputnik. Birləşmiş Ştatlar BMT-nin aprel tədbirləri üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xüsusi reysinin Nyu-Yorka gəlməsinə hələ icazə verməyib və nümayəndə heyətinə viza təqdim etməyib. Rusiya lazımi sənədlərin təxirə salınmadan işlənməsini tələb edir.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bəyan edib.
"Biz Vaşinqtonu dərhal nümayəndə heyətimizə, eləcə də jurnalistlərə viza verməyə çağırırıq. Onların verilməməsi Birləşmiş Ştatların BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə kimi öhdəliklərinin pozulmasıdır və bu, dünya təşkilatının düzgün, tam hüquqlu fəaliyyətinə mane olur", - deyə Antonov geniş şərhində bildirib.
Onun sözlərinə görə, "nazirin xüsusi təyyarəsi ətrafında anlaşılmaz vəziyyət yaranıb".
"ABŞ hakimiyyəti hələlik təyyarənin gəlişi ilə bağlı razılığa gəlməyib. Biz amerikalıların heç bir şərt və məhdudiyyət olmadan təyyarənin uçması üçün operativ icazə verəcəklərini gözləyirik", - deyə səfir bildirib.
O vurğulayıb ki, tədbirə sayılı günlər qalsa da, qeyri-müəyyənlik hələ də davam edir.