Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyanın aktivlərinin dondurulmasını qanun normalarına daxil edə bilmir - Peskov

© AP Photo / Gregorio Borgiadollar
dollar - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Avropa Komissiyası Ukraynada münaqişə bitdikdən sonra Rusiya Bankının dondurulmuş aktivlərinin geri qaytarılmalı olduğunu etiraf etmək məcburiyyətində qalıb.
BAKI, 14 aprel — Sputnik. Rusiyanın aktivlərinin kollektiv Qərb tərəfindən dondurulmasını qanun normalarına sığışdırmaq mümkün deyil.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Daha əvvəl "Welt" nəşri məxfi sənədə istinad edərək bildirib ki, Avropa Komissiyası Ukraynada münaqişə bitdikdən sonra Rusiya Bankının dondurulmuş aktivlərinin geri qaytarılmalı olduğunu etiraf etmək məcburiyyətində qalıb.
"İndi aydın olur ki, aktivlərimizi bloklamaq üçün kollektiv Qərbin bu quldur hərəkətlərini beynəlxalq hüquq normalarına daxil etmək, onların bu addımlarını legitimləşdirmək mümkün deyil. Hər necə olursa olsun, onların bütün hərəkətləri qanunsuz görünür. Baxaq görək, bundan sonra necə hərəkət edəcəklər", - deyə Peskov Rusiyanın aktivlərin qaytarılacağına inanıb-inanmadığı və zərərin ödənilməsini tələb etmək niyyətində olub-olmadığı barədə suala cavab verib.
Xatırladaq ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Qərb xüsusilə Rusiyanın yüz milyardlarla dollar dəyərində aktivlərini dondurmaqla Moskvaya sanksiya təzyiqlərini gücləndirib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənləri oğurluq adlandırıb və bunun bir ildən artıqdır ki, davam etdiyini xatırladıb. Diplomatın sözlərinə görə, 2014-cü ildən bəri Aİ Rusiya vətəndaşlarının və şirkətlərinin əmlakının dondurulması ilə bağlı çoxsaylı qeyri-qanuni və əsassız qərarlar qəbul edir, "hazırda isə gözünü dövlət vəsaitlərinə dikib".
Xəbər lenti
0