Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MDB ölkələri xidmətlərin azad ticarəti haqqında saziş imzalayacaq - Lavrov

© Photo : Russian Foreign Ministry Press Service via APRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Saziş MDB məkanında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək.
BAKI, 14 aprel — Sputnik. MDB ölkələri xidmətlərin azad ticarəti haqqında saziş imzalamağa hazırlaşır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Bu, MDB-də iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək. Lavrov qeyd edib ki, MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının bugünkü iclası "dostlar arasında olduğu" kimi işgüzar, etimad şəraitində keçib.
"Qərbin qlobal dominantlığı üçün başlatdığı hibrid müharibəsi nəticəsində görünməmiş şəkildə gərginləşən beynəlxalq vəziyyət diqqət mərkəzində idi", - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, Şuranın növbəti iclası Səmərqənddə (Özbəkistan) keçirilir. Tədbir Qırğızıstanın sədrliyi ilə keçirilir (bu il bu respublika MDB orqanlarına sədrlik edir). Tədbirdə Özbəkistan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və MDB İcraiyyə Komitəsinin nümayəndə heyətləri iştirak edirlər.
Xəbər lenti
0