Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Rusiyanın tərəfdaşlarına təzyiq göstərməkdə Qərbin həyasızlığı sərhədləri aşır

© Photo : Russian Foreign Ministry Press Service via APLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 14.04.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfərinin nəticələrinə aid mətbuat konfransı zamanı Rusiyanın tərəfdaşlarına təzyiq göstərən, onları Moskva ilə əməkdaşlıqdan imtina etməyə məcbur edən Qərblə bağlı fikirlərini bildirib.
BAKI, 14 aprel — Sputnik. Rusiyanın tərəfdaşlarına təzyiq göstərən, onları Moskva ilə əməkdaşlıqdan imtina etməyə məcbur edən Qərbin həyasızlığı bütün sərhədləri aşır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü bildirib.
"Qərb nümayəndələrinin həyasızlığı, Avropa İttifaqının nümayəndələri ilə yanaşı, sanksiyalar probleminə cavabdeh olan amerikalılar da bura gəlir – bu həyasızlıq, təbii ki, bütün sərhədləri aşır və bu cür təzyiqlərə, təhdidlərə məruz qalan ölkələrin müstəqilliyinə tam hörmətsizlik kimi qəbul edilir", - deyə Lavrov Özbəkistana səfərinin nəticələrinə aid mətbuat konfransı zamanı bəyan edib.
Xəbər lenti
0