https://sputnik.az/20230413/rusiyanin-baltik-denizinin-natonun-olmamasi-ucun-kifayet-qeder-gucu-var--qrusko-453752587.html
Rusiyanın Baltik dənizinin "NATO"nun olmaması üçün kifayət qədər gücü var – Qruşko
Rusiyanın Baltik dənizinin "NATO"nun olmaması üçün kifayət qədər gücü var – Qruşko
Sputnik Azərbaycan
Aleksandr Qruşko bildirib ki, Rusiyanın, lazım gələrsə, NATO-nun arzularının gerçəkləşməyəcəyini göstərmək üçün kifayət qədər hərbi və digər resursları var. 13.04.2023, Sputnik Azərbaycan
2023-04-13T22:19+0400
2023-04-13T22:19+0400
2023-04-14T10:11+0400
nato
rusiya
baltik dənizi
finlandiya
https://cdnn1.img.sputnik.az/img/41089/94/410899404_0:157:3000:1845_1920x0_80_0_0_ef397a6231f06722c177b13a956295dc.jpg
BAKI, 13 aprel — Sputnik. Baltik dənizinin "NATO"ya çevrilməsinin qarşısını almaq üçün Rusiyanın kifayət qədər hərbi gücü var. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Xatırladaq ki, Finlandiya aprelin 4-də NATO-ya üzv olub. "Brüsseldəki "tərəfdaşlarımız"... NATO gölü və ya NATO dənizi haqqında danışmağı sevirlər. Əslində, bu, əlbəttə ki, belə deyil, Rusiya bunun qarşısını almaq üçün kifayət qədər hərbi və digər vasitələrə malikdir", - deyə Qruşko "İzvestiya" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi öz hərbi dəniz qüvvələri üçün həm naviqasiya azadlığını, həm də fəaliyyət azadlığını təmin edəcək. "Bizim, lazım gələrsə, NATO-nun arzularının gerçəkləşməyəcəyini göstərmək üçün resurslarımız var", - deyə Rusiya XİN rəhbərinin müavini əlavə edib. Aprelin əvvəlində Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Finlandiyanın NATO-ya daxil olması və alyansın Rusiya sərhədləri ilə təmas xəttinin artırılmasından sonra Şimali Avropada vəziyyət kəskin şəkildə dəyişəcək və Moskva təhdidləri aradan qaldırmaqdan ötrü hərbi-texniki və digər cavab tədbirləri görməyə məcbur olacaq. Bundan başqa, mart ayında, hələ Finlandiya NATO-ya daxil olmamışdan əvvəl Türkiyənin "Cumhuriyet" qəzeti ABŞ-ın strategiyasının həm də Qara dənizi NATO ölkələrinin "göl"ünə çevirmək məqsədi daşıdığını, Türkiyə tərəfdən isə dənizin bütün ölkələrə bərabər şəkildə aid olduğuna inandığını yazmışdı. Ötən ilin yayında "Valday" beynəlxalq diskussiya klubunun dəyirmi masasında çıxış edən Qruşko bildirmişdi ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasından sonra Baltik dənizi regionu hərbi rəqabət meydanına çevrilmək riski daşıyır.
baltik dənizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41089/94/410899404_166:0:2834:2001_1920x0_80_0_0_f4e8ab35105187b0649bec080c45db89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, baltik dənizi, finlandiya
nato, baltik dənizi, finlandiya
Rusiyanın Baltik dənizinin "NATO"nun olmaması üçün kifayət qədər gücü var – Qruşko
22:19 13.04.2023 (Yenilənib: 10:11 14.04.2023) Aleksandr Qruşko bildirib ki, Rusiyanın, lazım gələrsə, NATO-nun arzularının gerçəkləşməyəcəyini göstərmək üçün kifayət qədər hərbi və digər resursları var.
BAKI, 13 aprel — Sputnik. Baltik dənizinin "NATO"ya çevrilməsinin qarşısını almaq üçün Rusiyanın kifayət qədər hərbi gücü var.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Xatırladaq ki, Finlandiya aprelin 4-də NATO-ya üzv olub.
"Brüsseldəki "tərəfdaşlarımız"... NATO gölü və ya NATO dənizi haqqında danışmağı sevirlər. Əslində, bu, əlbəttə ki, belə deyil, Rusiya bunun qarşısını almaq üçün kifayət qədər hərbi və digər vasitələrə malikdir", - deyə Qruşko "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi öz hərbi dəniz qüvvələri üçün həm naviqasiya azadlığını, həm də fəaliyyət azadlığını təmin edəcək.
"Bizim, lazım gələrsə, NATO-nun arzularının gerçəkləşməyəcəyini göstərmək üçün resurslarımız var", - deyə Rusiya XİN rəhbərinin müavini əlavə edib.
Aprelin əvvəlində Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Finlandiyanın NATO-ya daxil olması və alyansın Rusiya sərhədləri ilə təmas xəttinin artırılmasından sonra Şimali Avropada vəziyyət kəskin şəkildə dəyişəcək və Moskva təhdidləri aradan qaldırmaqdan ötrü hərbi-texniki və digər cavab tədbirləri görməyə məcbur olacaq.
Bundan başqa, mart ayında, hələ Finlandiya NATO-ya daxil olmamışdan əvvəl Türkiyənin "Cumhuriyet" qəzeti ABŞ-ın strategiyasının həm də Qara dənizi NATO ölkələrinin "göl"ünə çevirmək məqsədi daşıdığını, Türkiyə tərəfdən isə dənizin bütün ölkələrə bərabər şəkildə aid olduğuna inandığını yazmışdı.
Ötən ilin yayında "Valday" beynəlxalq diskussiya klubunun dəyirmi masasında çıxış edən Qruşko bildirmişdi ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasından sonra Baltik dənizi regionu hərbi rəqabət meydanına çevrilmək riski daşıyır.