Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi bu ilin birinci rübündə xeyli artıb

© AFP 2024 / KIRILL KUDRYAVTSEVLimanda konteynerlər, arxiv şəkli
Limanda konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.04.2023
Abunə olmaq
Qeyd olunur ki, iki ölkə arasında ticarət dövriyyəsi 53,845 milyard dollar təşkil edib.
BAKI, 13 aprel — Sputnik. Çinin Baş Gömrük İdarəsi 2023-cü ilin birinci rübündə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin 38,7% artdığı barədə məlumat dərc edib.
Bu barədə RİA Novosti Çin qurumunun məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, iki ölkə arasında ticarət dövriyyəsi 53,845 milyard dollar təşkil edib.
Çin tərəfinin hesabat dövründə Rusiyaya mal tədarükü 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,1% artaraq 24,073 milyard dollar, idxalın isə 32,6% artaraq 29,772 milyard dollar təşkil etdiyi bildirilib.
Bu yaxınlarda Rusiyanın Baş naziri Mixail Mişustin 2023-cü ildə Rusiya və Çinin ticarət dövriyyəsinin 200 milyard dollara çatdırılacağına əminliyini ifadə edib.
Xəbər lenti
0