Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya-Mədəniyyət" telekanalı Qafqaz Albaniyası ilə bağlı sənədli film çəkir

© Official website of President of Azerbaijan RepublicAlban kilsəsi
Alban kilsəsi - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Eksklüziv
Muzeydə "Rusiya-Mədəniyyət" telekanalının sifarişi ilə Qafqaz Albaniyası ilə bağlı kolleksiyalar barədə sənədli filmin çəkilişi aparılıb.
BAKI, 12 aprel — Sputnik. Milli Azərbaycan Tarixi Muzeyində Rusiya Federasiyasının "Россия-Культура" ("Rusiya-Mədəniyyət") dövlət maarifləndirici telekanalının sifarişi ilə yeni layihə çərçivəsində sənədli film çəkilişləri aparılıb.
Milli Azərbaycan Tarixi Muzeyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çəkiliş muzeyin Arxeologiya fondunda qorunan Qafqaz Albaniyası ilə bağlı kolleksiyaların mövzusuna həsr olunub.
Çəkiliş zamanı Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov əsasən alban döyüşçüsünün silah-sursat toplusu, Mingəçevir arxeoloji kompleksindən xristianlığa aid tapıntılar (VI əsrə aid məbədin daş paytaxtı, şamdan və alban yazıları olan qablar, xaçlar) və digər artefaktlarla bağlı müsahibə verib.
Трехсвятительская церковь Шеки - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Alban kilsəsi
Çəkiliş bitdikdən sonra sözügedən sənədli filmin müəllifi və rejissoru Yevgeni Bezborodov muzey rəhbərliyinə öz minnətdarlığını bildirib. Sonda qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət ediblər.
Milli Azərbaycan Tarixi Muzeyindən o da bildirilib ki, hazırda filmin çəkilişləri Şəki-Qax bölgəsində davam edir. Filmdə həmin bölgələrdə yerləşən alban abidələrin tarixi ilə bağlı faktlar da yer alacaq.
Qeyd edək ki, Qafqaz Albaniyası müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı İskəndərin imperiyası dağılmasından sonra formalaşmış dövlət eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilib. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0