Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib

© AFP 2024 / MATEUSZ SLODKOWSKINATO təlimi
NATO təlimi - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Mariya Zaxarovanın sözlərinə görə, ABŞ və onun müttəfiqləri Rusiya ilə region ölkələrinin əməkdaşlığını nüfuzdan salmağa cəhd göstərir, həmin ölkələri fərqli formatlarda əməkdaşlığa çəkir.
BAKI, 12 aprel — Sputnik. "Rusiya Ermənistandan NATO təlimlərində iştirakla bağlı izahat istəyib". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, NATO Rusiyanın tərəfdaşlarını öz manevri ilə aktiv şəkildə cəlb etməyə davam edir:

"Şimal alyansı bunu NATO standartlarını tətbiq edərək həyata keçirir, bu dövlətlərin müdafiə komplekslərini yenidən format edərək həmin ölkələrin daxili və xarici siyasi proseslərinə, ordu quruculuğuna təsir rıçaqları əldə etməyə səy göstərir. Hər şeydən öncə bu, postsovet məkanına aiddir, hansı ki, NATO üçün Rusiya ilə əsl geosiyasi ziddiyyətlər meydançasıdır. ABŞ və onun müttəfiqləri Rusiya ilə region ölkələrinin əməkdaşlığını nüfuzdan salmağa cəhd göstərir, həmin ölkələri fərqli formatlarda əməkdaşlığa çəkir. Həmin əməkdaşlıqlar açıq-aydın anti-Rusiya, demək olar ki, bəzən rusofob xarakter daşıyır".

"NATO-nun bu cür fəaliyyəti müxtəlif regionlarda vəziyyətin gərginləşməsinə, münaqişə potensialının artmasına, yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır. Biz erməni həmkarlarımızdan Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı rəsmi izahat istəmişik. Alacağımız cavaba görə reaksiyamız müəyyən olacaq. Sözsüz ki, Ermənistanın KTMT təlimlərini öz ərazisində keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin yüksəldilməsinə yardım etmir"- deyə, M.Zaxarova əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0