https://sputnik.az/20230412/rusiya-azerbaycan-ermenistan-serhedinde-veziyyetin-deeskalasiyasi-uzre-tedbirler-gorub-453702494.html
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin deeskalasiyası üzrə tədbirlər görüb
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin deeskalasiyası üzrə tədbirlər görüb
Sputnik Azərbaycan
Silahlı insident Azərbaycan-Ermənistan sərhədində, Dığ yaşayış məntəqəsi ərazisində tərəflərin təmas xəttində baş verib. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T15:42+0400
2023-04-12T15:42+0400
2023-04-12T15:42+0400
rusiya
mariya zaxarova
azərbaycan
ermənistan
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:3019:1699_1920x0_80_0_0_66d1acce2e7336e573634117b9c4e5b8.jpg
BAKI, 12 aprel — Sputnik. Azərbaycan və Ermənistan sərhədində baş verən atışmadan sonra Rusiya dərhal vəziyyətin deeskalasiyası ilə bağlı tədbirlər görüb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. "Aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində, Dığ yaşayış məntəqəsi ərazisində tərəflərin təmas xəttində silahlı insident baş verib", - deyə Zaxarova bildirib. Onun sözlərinə görə, "insident bir daha Bakı və İrəvanın qarşılıqlı təmkin göstərməsinin vacibliyini, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına ciddi riayət edilməsinin zəruriliyini təsdiqləyir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:2729:2047_1920x0_80_0_0_121d3625bcba3c39dbb42de7b9011b73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, azərbaycan, ermənistan, rusiya xin
mariya zaxarova, azərbaycan, ermənistan, rusiya xin
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin deeskalasiyası üzrə tədbirlər görüb
Silahlı insident Azərbaycan-Ermənistan sərhədində, Dığ yaşayış məntəqəsi ərazisində tərəflərin təmas xəttində baş verib.
BAKI, 12 aprel — Sputnik. Azərbaycan və Ermənistan sərhədində baş verən atışmadan sonra Rusiya dərhal vəziyyətin deeskalasiyası ilə bağlı tədbirlər görüb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində, Dığ yaşayış məntəqəsi ərazisində tərəflərin təmas xəttində silahlı insident baş verib", - deyə Zaxarova bildirib.
"Təəssüflər olsun ki, mövcud məlumata görə, ölən və yaralananlar var. Bu rayonda olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Silahlı Qüvvələrinin və Sərhəd Xidmətinin nümayəndələri dərhal Azərbaycan və Ermənistanda məsuliyyətli şəxslərlə əlaqə saxlayıb deeskalasiya ilə bağlı tədbirlər görüblər", - deyə Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, "insident bir daha Bakı və İrəvanın qarşılıqlı təmkin göstərməsinin vacibliyini, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına ciddi riayət edilməsinin zəruriliyini təsdiqləyir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.