Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin Ermənistan-Azərbaycan ətrafındakı vəziyyəti gərginləşdirəcəyini demişdik - Zaxarova

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Mariya Zaxarova bildirib ki, regiona başqa oyunçuların, başqa strukturların gəlməsinin, hansılar ki, heç vaxt bu köhnəlmiş münaqişənin nizamlanması ilə məşğul olmayıblar, heç bir əlavə dəyəri, səmərəliliyi olmayacaq.
BAKI, 12 aprel — Sputnik. "Rusiya Qərb strukturlarının Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyəti gərginləşdirəcəyini demişdi". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN sözçüsü Qərbin aprelin 11-də şərti Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsində rolu barədə suala cavabında qeyd edib ki, rəsmi Moskva əvvəlcədən vəziyyətin bu həddə gəlib çıxacağını analiz edib.

"Biz əvvəllər də demişdik ki, regiona başqa oyunçuların, başqa strukturların gəlməsinin, hansılar ki, heç vaxt bu köhnəlmiş münaqişənin nizamlanması ilə məşğul olmayıblar, heç bir əlavə dəyəri, səmərəliliyi olmayacaq. Əksinə, bu vəziyyəti gərginləşməyə, destabilləşməyə gətirib çıxaracaq. Bu, bizim təxminimiz deyildi, təhlilimiz idi", - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Azərbaycan Hərbi Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub
Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0