Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Pentaqondan sızdırılan sənədlərdə Ukraynadakı Qərb xüsusi təyinatlılarının sayı açıqlanıb

© AP Photo / Pavlo PalamarchukABŞ və Ukrayna birgə hərbi təlimi
ABŞ və Ukrayna birgə hərbi təlimi - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Məlumatda bildirilib ki, Qərb xüsusi təyinatlılarının sayı az olsa da, onlar son dərəcə effektivdirlər.
BAKI, 12 aprel — Sputnik. ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) sızdırılan məxfi sənədlər NATO üzvü olan bir sıra Qərb ölkələrinin Ukraynada xüsusi təyinatlı qüvvələrinin fəaliyyət göstərdiyini ifşa edib.
Xarici mətbuatın yazdığına görə, 23 mart tarixli "son dərəcə məxfi" möhürlü sənədlərə əsasən, Birləşmiş Krallıq Ukraynada ən böyük xarici hərbi kontingentə malik ölkədir.
Sənədlərə əsasən, hazırda Ukraynada 50 nəfər Birləşmiş Krallıq xüsusi təyinatlısı mövcuddur.
Sənədlər eyni zamanda Ukraynada Latviyanın 12, Fransanın 15, ABŞ-ın 14 və Niderlandın 1 xüsusi təyinatlısının olduğunu göstərir.
Bununla belə məxfi sənədlərdə sözügedən xüsusi təyinatlıların harada və necə fəaliyyət göstərməsi barəsində məlumat qeyd edilməyib.
Məlumatda bildirilib ki, Qərb xüsusi təyinatlılarının sayı az olsa da, onlar son dərəcə effektivdirlər. Əlavə olunub ki, son aylarda Moskvanın yalnız Ukraynaya qarşı deyil, həm də NATO-ya qarşı mübarizə apardığını bildirməsi onun Qərb qüvvələrinin mövcudluğunu anlaması ilə əlaqəli ola bilər.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqondan sənədlərin sızdırılması ilə əlaqədar cinayət təhqiqatına başlandığını və onun mənbəyini tapmaqda qətiyyətli olduğunu bildirib.
Çin də daxil olmaqla, Asiya-Sakit Okean və Yaxın Şərq regionu ölkələrinə aid informasiyaların yer aldığı həmin sənədlərdə, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin düzülüşü, artilleriya mərmilərinin istifadə sayı və Baxmut ətrafında vəziyyətin qiymətləndirilməsi barədə məlumatlar var.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0