Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çin Rusiyadan balıq və süd tədarükçülərinin siyahısını genişləndirib – "Rosselxoznadzor"

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidStəkanda süd
Stəkanda süd - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
"Rosselxoznadzor"un xarici ölkələrin bazarlarının açılması istiqamətində apardığı işlər müsbət nəticəsini göstərib.
BAKI, 12 aprel — Sputnik. Çinə tədarük üçün balıq və süd məhsulları istehsal edən Rusiya istehsalçılarının siyahısı artırılıb. Bu barədə "Rosselxoznadzor"un məlumatında qeyd edilib.

"Rosselxoznadzor"un xarici ölkələrin bazarlarının açılması istiqamətində apardığı işlərin nəticəsi olaraq, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi Rusiyadan Çinə balıq və süd məhsulları istehsal edən istehsalçıların siyahısını genişləndirib", - məlumatda belə deyilir.

© Sputnik / Murad OrujovBalıq satışı, arxiv şəkli
8-ci km bazarında balıq satışı - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Balıq satışı, arxiv şəkli
Daha 32 yeni şirkət və gəminin ixrac hüququ əldə etdiyi bildirilib. Belə ki, hazırda 866 belə obyekt balıq ixrac etmək hüququna malikdir.
Eyni zamanda, bir süd emalı müəssisəsinə Rusiyadan Çinə mal göndərmə imkanı verilib, daha ikisinin isə qeydiyyat müddəti daha beş il uzadılıb. Hazırda 55 süd istehsalı müəssisəsi Rusiyadan Çinə mal tədarük etmək hüququna malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0