https://sputnik.az/20230411/lavrov-aprelin-13-de-ozbekistanda-kecirilecek-konfransda-istirak-edecek---rusiya-xn-453650406.html
Lavrov aprelin 13-də Özbəkistanda keçiriləcək konfransda iştirak edəcək - Rusiya XİN
Lavrov aprelin 13-də Özbəkistanda keçiriləcək konfransda iştirak edəcək - Rusiya XİN
Sputnik Azərbaycan
Nazirliyin saytında bildirilib ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T14:22+0400
2023-04-11T14:22+0400
2023-04-11T14:22+0400
sergey lavrov
rusiya
özbəkistan
səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701019_0:160:3072:1888_1920x0_80_0_0_0fa3f77bce3d1cd29bd14f568f5e6232.jpg
BAKI, 11 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 13-də Özbəkistanda keçiriləcək Əfqanıstanın qonşu ölkələrinin dördüncü nazirlər konfransında iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib. Nazirlikdən verilən məlumata görə, görüşün gündəliyində Əfqanıstanın siyasi nizamlanmasının təşviqi, bu ölkədə humanitar və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində regional tərəfdaşlar tərəfindən gələcək addımların müzakirəsi nəzərdə tutulub. "Əfqanıstanda mürəkkəb təhlükəsizlik vəziyyətini, terror fəaliyyətinin və narkotik istehsalının artımını nəzərə alaraq, region ölkələrinin terrorla mübarizə və narkotik əleyhinə səylərinin əlaqələndirilməsi xüsusilə tələb olunur. Regional iqtisadi inteqrasiyanın inkişaf dinamikasına və əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq Kabilin iştirakı ilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək", - Rusiya XİN-dən bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701019_171:0:2902:2048_1920x0_80_0_0_d032a5c5e52b57354f1487918984be54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, özbəkistan, səfər
sergey lavrov, özbəkistan, səfər
Lavrov aprelin 13-də Özbəkistanda keçiriləcək konfransda iştirak edəcək - Rusiya XİN
Nazirliyin saytında bildirilib ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
BAKI, 11 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 13-də Özbəkistanda keçiriləcək Əfqanıstanın qonşu ölkələrinin dördüncü nazirlər konfransında iştirak edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
"Aprelin 13-də Səmərqənddə (Özbəkistan) Əfqanıstanın qonşu ölkələrinin (Rusiya, Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistanın iştirakı ilə) dördüncü nazirlər konfransının keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək", - Nazirliyin saytında bildirilib.
Nazirlikdən verilən məlumata görə, görüşün gündəliyində Əfqanıstanın siyasi nizamlanmasının təşviqi, bu ölkədə humanitar və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində regional tərəfdaşlar tərəfindən gələcək addımların müzakirəsi nəzərdə tutulub.
"Əfqanıstanda mürəkkəb təhlükəsizlik vəziyyətini, terror fəaliyyətinin və narkotik istehsalının artımını nəzərə alaraq, region ölkələrinin terrorla mübarizə və narkotik əleyhinə səylərinin əlaqələndirilməsi xüsusilə tələb olunur. Regional iqtisadi inteqrasiyanın inkişaf dinamikasına və əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq Kabilin iştirakı ilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək", - Rusiya XİN-dən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.