Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Formula-1 ilə bağlı daha bir neçə küçə bağlanır

© Sputnik / Murad OrujovFormula-1
Formula-1  - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.
BAKI, 11 aprel — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula-1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlamasında bildirilib.
Məlumata görə, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Xatırladaq ki, 9 aprel saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Qeyd edək ki, aprelin 28-30-da təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0