https://sputnik.az/20230411/agdamda-ne-qeder-mina-askarlanib-453650803.html
Ağdamda nə qədər mina aşkarlanıb?
Ağdamda nə qədər mina aşkarlanıb?
Sputnik Azərbaycan
Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri bildirib ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da... 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T22:54+0400
2023-04-11T22:54+0400
2023-04-11T23:25+0400
ağdam
qarabağ
mina
mina axtarışı
anama
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348393_0:0:2827:1591_1920x0_80_0_0_12cfa568722f0586bac74868d8d7c98d.jpg
BAKI, 11 aprel — Sputnik. Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlardan təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub. Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O deyib ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: "Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmə işləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək. V.Süleymanov söyləyib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub. Xatırladaq ki, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348393_98:0:2827:2047_1920x0_80_0_0_ea5c830873ac5d706e65e3686d500d2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdam, mina, mina axtarışı, anama
ağdam, mina, mina axtarışı, anama
Ağdamda nə qədər mina aşkarlanıb?
22:54 11.04.2023 (Yenilənib: 23:25 11.04.2023) Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri bildirib ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmə işləri davam etdirilir
BAKI, 11 aprel — Sputnik. Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlardan təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O deyib ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: "Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmə işləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək.
V.Süleymanov söyləyib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub.
Xatırladaq ki, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.