Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ: Rusiya və Ukraynanın hava məkanı 2029-cu ilə qədər bağlanacaq

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidTəyyarə, arxiv şəkli
Təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Avropanın "Eurocontrol" təşkilatı qeyd edib ki, Asiyadan Şimali Avropaya uçuşların sayı azalıb, çünki marşrutların Cənub-Şərq ölkələri üzərindən yönləndirilməsi zəruri olub.
BAKI, 11 aprel — Sputnik. Rusiya və Ukraynanın hava məkanı 2029-cu ilə qədər Avropaya uçuşlar üçün bağlı qalacaq. Bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") saytında məlumat verilib.

"Hazırda Ukrayna və Rusiya məkanının planlaşdırma üfüqünün sonuna qədər (2029-cu il) bağlı qaldığını güman edirik", - məlumatda bildirilir.

Eyni zamanda təşkilat qeyd edib ki, aviadaşımalar sahəsi koronavirus pandemiyasının yaratdığı böhrandan sonra bərpa olunmağa davam edir.
"Eurocontrol" təşkilatı həmçinin bildirib ki, Asiyadan Şimali Avropaya uçuşların sayı azalıb, çünki "marşrutları Cənub-Şərq ölkələri üzərindən yönləndirmək" lazım olub.
Xatırladaq ki, fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan sonra bir çox Qərb ölkələri öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb.
Rusiya da buna cavab olaraq "güzgü" tədbirləri görüb və ölkə ərazisi üzərindən Aİ və Kanada da daxil olmaqla 36 ölkənin aviaşirkətlərinə uçuşları qadağan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0