https://sputnik.az/20230410/zaxarova-ngiltere-uran-terkibli-mermi-tedaruku-ile-ukraynani-mehv-etmek-isteyir-453628374.html
Zaxarova: İngiltərə uran tərkibli mərmi tədarükü ilə Ukraynanı məhv etmək istəyir
Zaxarova: İngiltərə uran tərkibli mərmi tədarükü ilə Ukraynanı məhv etmək istəyir
Sputnik Azərbaycan
Rusiya lideri bildirib ki, Rusiyanın uran tərkibli mərmilərə cavab verəcək çox şeyi var. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T21:16+0400
2023-04-10T21:16+0400
2023-04-10T21:19+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 10 aprel — Sputnik. Böyük Britaniya Kiyevi uran tərkibli silah-sursatlarla təmin etməklə Ukrayna ərazisini məhv etmək istəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb. O, İngiltərənin Müdafiə Nazirliyinin bu cür tərkibli mərmilərin hərbçilərin sağlamlığına təsirinin "az olacağı ehtimalını" bildirməsinə diqqət çəkib. "Britaniya Ukraynaya uran tərkibli silah-sursatları tədarük etməklə bu ərazisini məhv edib kimsəsiz bir əraziyə çevirmək istəyir", - deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib. Bu yaxınlarda Zaxarova bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin Ukrayna Silahlı Qüvvələrinə uran tərkibli mərmilərinin tədarükü tarixində müstəqil oyunçu deyil. İngiltərə Lordlar Palatasının üzvü, Böyük Britaniyanın müdafiə nazirinin müavini Annabel Qoldi martın 21-də Londonun Kiyevə "uran tərkibli silah sursat, həmçinin zirehli sursatlar" göndərəcəyini bildirib. Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın uran tərkibli mərmilərə cavab verəcək çox şeyi var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, ukrayna
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, ukrayna
Zaxarova: İngiltərə uran tərkibli mərmi tədarükü ilə Ukraynanı məhv etmək istəyir
21:16 10.04.2023 (Yenilənib: 21:19 10.04.2023) Rusiya lideri bildirib ki, Rusiyanın uran tərkibli mərmilərə cavab verəcək çox şeyi var.
BAKI, 10 aprel — Sputnik. Böyük Britaniya Kiyevi uran tərkibli silah-sursatlarla təmin etməklə Ukrayna ərazisini məhv etmək istəyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.
O, İngiltərənin Müdafiə Nazirliyinin bu cür tərkibli mərmilərin hərbçilərin sağlamlığına təsirinin "az olacağı ehtimalını" bildirməsinə diqqət çəkib.
"Britaniya Ukraynaya uran tərkibli silah-sursatları tədarük etməklə bu ərazisini məhv edib kimsəsiz bir əraziyə çevirmək istəyir", - deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Bu yaxınlarda Zaxarova bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin Ukrayna Silahlı Qüvvələrinə uran tərkibli mərmilərinin tədarükü tarixində müstəqil oyunçu deyil.
İngiltərə Lordlar Palatasının üzvü, Böyük Britaniyanın müdafiə nazirinin müavini Annabel Qoldi martın 21-də Londonun Kiyevə "uran tərkibli silah sursat, həmçinin zirehli sursatlar" göndərəcəyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın uran tərkibli mərmilərə cavab verəcək çox şeyi var.