https://sputnik.az/20230410/rusiya-pasxa-bayrami-zamani-ukrayna-ile-barisacaq-kreml-meseleni-serh-edib-453610999.html
Rusiya Pasxa bayramı zamanı Ukrayna ilə barışacaq? Kreml məsələni şərh edib
Rusiya Pasxa bayramı zamanı Ukrayna ilə barışacaq? Kreml məsələni şərh edib
Sputnik Azərbaycan
Peskov deyib ki, Kiyev Moskvanın Pasxa barışığı ilə bağlı əvvəllər irəli sürdüyü təkliflərə dəstək verməyib. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T16:52+0400
2023-04-10T16:52+0400
2023-04-10T16:52+0400
pasxa
rusiya
kreml
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/07/439943823_0:0:2413:1358_1920x0_80_0_0_b19f0525e37f03f30e0381adde2ba72c.jpg
BAKI, 10 aprel — Sputnik. Bu günə qədər heç kim Pasxa bayramı zamanı Ukraynada Pasxa barışığının tətbiqi təşəbbüsü ilə bağlı çıxış etməyib. Moskva bu cür fikirləri əvvəllər də irəli sürüb, lakin onlar Kiyev tərəfindən dəstəklənməyib. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov aprelin 10-da bildirib. "Bu günə qədər bununla bağlı heç bir təşəbbüs olmayıb, ancaq Müqəddəs həftə bizdə yeni başlayıb. İndiyədək belə təşəbbüslər irəli sürülməyib", - deyə Prezident Vladimir Putinin mətbuat katibi bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/07/439943823_0:0:2079:1559_1920x0_80_0_0_ec3e59eec73fe08f3199bcc7f372c1a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pasxa, kreml, ukrayna
Rusiya Pasxa bayramı zamanı Ukrayna ilə barışacaq? Kreml məsələni şərh edib
Peskov deyib ki, Kiyev Moskvanın Pasxa barışığı ilə bağlı əvvəllər irəli sürdüyü təkliflərə dəstək verməyib.
BAKI, 10 aprel — Sputnik. Bu günə qədər heç kim Pasxa bayramı zamanı Ukraynada Pasxa barışığının tətbiqi təşəbbüsü ilə bağlı çıxış etməyib. Moskva bu cür fikirləri əvvəllər də irəli sürüb, lakin onlar Kiyev tərəfindən dəstəklənməyib.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov aprelin 10-da bildirib.
"Bu günə qədər bununla bağlı heç bir təşəbbüs olmayıb, ancaq Müqəddəs həftə bizdə yeni başlayıb. İndiyədək belə təşəbbüslər irəli sürülməyib", - deyə Prezident Vladimir Putinin mətbuat katibi bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.