Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bu gündən Azadlıq və Neftçilər prospektlərinin kəsişməsi nəqliyyata bağlanacaq - Formula 1

© AFP 2023 / NATALIA KOLESNIKOVAFormula 1 üzrə Azərbaycan Qran Prisinin keçirildiyi Bakı Şəhər Halqası
Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçirildiyi Bakı Şəhər Halqası - Sputnik Azərbaycan, 1920, 09.04.2023
Abunə olmaq
Aprelin 28-30-da Formula 1 üzrə növbəti Azərbaycan Qran-Prisi keçiriləcək.
BAKI, 9 aprel - Sputnik. Bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Xatırladaq ki, aprelin 28-30-da təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirilir.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0