https://sputnik.az/20230408/qerb-ekspertleri-rusiya-iqtisadiyyatinin-ceviklik-derecesini-duzgun-qiymetlendirmeyibler-453514343.html
Qərb ekspertləri Rusiya iqtisadiyyatının çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər
Qərb ekspertləri Rusiya iqtisadiyyatının çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər
Sputnik Azərbaycan
Beynəlxalq Valyuta Fondu (BVF) da Rusiya iqtisadiyyatı ilə bağlı təxminləri yaxşılaşdırıb. Hazırda fond Rusiyanın ÜDM-nin 2023-cü ildə 0,3% artacağını... 08.04.2023, Sputnik Azərbaycan
2023-04-08T08:03+0400
2023-04-08T08:03+0400
2023-04-08T08:03+0400
rusiya
iqtisadiyyat
qərb
beynəlxalq valyuta fondu
beynəlxalq valyuta fondu
bvf
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440289539_0:123:3207:1926_1920x0_80_0_0_3cee93c8fdb1e6ca4dcf9469a9b04106.jpg
BAKI, 8 aprel — Sputnik. Qərb ekspertləri Rusiya iqtisadiyyatının çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər. Artıq bu il İqtisadi İnkişaf Nazirliyi ÜDM-in artımını gözləyir. Rusiyanın İqtisadi İnkişaf nazirliyin mətbuat xidməti Dünya Bankının (DB) proqnozunun yenilənməsi ilə bağlı bunu şərhində bildirib. Bu günlərdə Dünya Bankı Rusiya iqtisadiyyatının dinamikası ilə bağlı yenilənmiş proqnozunu dərc edib. Qiymətləndirməyə əhəmiyyətli dərəcədə yenidən baxılıb. Əgər yanvar ayında Dünya Bankı 2023-cü ildə Rusiyanın ÜDM-nin 3,3% azalacağını proqnozlaşdırırdısa, hazırda 0,2% azalma gözləyir. Yanvar ayında Beynəlxalq Valyuta Fondu (BVF) da Rusiya iqtisadiyyatı ilə bağlı təxminləri yaxşılaşdırıb. Hazırda fond Rusiyanın ÜDM-nin 2023-cü ildə 0,3% artacağını gözləyir, halbuki ötən ilin oktyabrında 2,3% azalma proqnozlaşdırılırdı. "Dünya Bankı bu ilin əvvəlində BVF-nin müəyyən etdiyi tendensiyanı davam etdirib - Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı super-mənfi proqnozlara "müsbət" tərəfdən yenidən baxılıb. Həqiqətən də, aşkar olanı inkar etmək getdikcə çətinləşir. Qərb ekspertləri iqtisadiyyatımızın çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər. Misli görünməmiş sanksiya təzyiqinə tab gətirmək əsasən özəl biznesə verilən üstünlük sayəsində mümkün olub", - şərhdə belə deyilir. "Proqnozun ssenari şəraitində biz ÜDM artımınının artıq 2023-cü ildə qoymuş oluruq, bunun əsasını yanvar və fevral ayları üzrə göstəricilərin dinamikası təmin edir", - deyə nazirlik əlavə edib. Aprel ayında İqtisadi İnkişaf Nazirliyinin 2023-cü il üçün yenilənmiş proqnozu və qarşıdakı üç il üçün ssenari şərtlərini hökumətə təqdim edəcəyi gözlənilir. Cari proqnoz iqtisadiyyatın 0,8% azalmasını nəzərdə tutur, lakin mart ayında İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, nazirlik 2023-cü ildə Rusiyaya ÜDM-in artımı və investisiya qoyuluşunu gözləyir, həmçinin əhalinin real gəlirləri üzrə proqnozu yaxşılaşdıracaq. 2022-ci ildə Rusiyanın ÜDM-i, "Rosstat"ın ilk qiymətləndirməsinə görə, 2,1% azalıb. Əsas kapitala investisiyalar ümumilikdə 4,6% artım göstərib. Qərbin sanksiyaları fonunda belə nəticələr həm məmurların, həm də bazarın ilkin gözləntilərindən qat-qat yaxşı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440289539_237:0:2968:2048_1920x0_80_0_0_fda3bf7b05e5291b26592f0d437d76c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
iqtisadiyyat, qərb, beynəlxalq valyuta fondu, beynəlxalq valyuta fondu, bvf
iqtisadiyyat, qərb, beynəlxalq valyuta fondu, beynəlxalq valyuta fondu, bvf
Qərb ekspertləri Rusiya iqtisadiyyatının çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər
Beynəlxalq Valyuta Fondu (BVF) da Rusiya iqtisadiyyatı ilə bağlı təxminləri yaxşılaşdırıb. Hazırda fond Rusiyanın ÜDM-nin 2023-cü ildə 0,3% artacağını gözləyir, halbuki ötən ilin oktyabrında 2,3% azalma proqnozlaşdırılırdı.
BAKI, 8 aprel — Sputnik. Qərb ekspertləri Rusiya iqtisadiyyatının çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər. Artıq bu il İqtisadi İnkişaf Nazirliyi ÜDM-in artımını gözləyir.
Rusiyanın İqtisadi İnkişaf nazirliyin mətbuat xidməti Dünya Bankının (DB) proqnozunun yenilənməsi ilə bağlı bunu şərhində bildirib.
Bu günlərdə Dünya Bankı Rusiya iqtisadiyyatının dinamikası ilə bağlı yenilənmiş proqnozunu dərc edib. Qiymətləndirməyə əhəmiyyətli dərəcədə yenidən baxılıb. Əgər yanvar ayında Dünya Bankı 2023-cü ildə Rusiyanın ÜDM-nin 3,3% azalacağını proqnozlaşdırırdısa, hazırda 0,2% azalma gözləyir.
Yanvar ayında Beynəlxalq Valyuta Fondu (BVF) da Rusiya iqtisadiyyatı ilə bağlı təxminləri yaxşılaşdırıb. Hazırda fond Rusiyanın ÜDM-nin 2023-cü ildə 0,3% artacağını gözləyir, halbuki ötən ilin oktyabrında 2,3% azalma proqnozlaşdırılırdı.
"Dünya Bankı bu ilin əvvəlində BVF-nin müəyyən etdiyi tendensiyanı davam etdirib - Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı super-mənfi proqnozlara "müsbət" tərəfdən yenidən baxılıb. Həqiqətən də, aşkar olanı inkar etmək getdikcə çətinləşir. Qərb ekspertləri iqtisadiyyatımızın çeviklik dərəcəsini düzgün qiymətləndirməyiblər. Misli görünməmiş sanksiya təzyiqinə tab gətirmək əsasən özəl biznesə verilən üstünlük sayəsində mümkün olub", - şərhdə belə deyilir.
"Proqnozun ssenari şəraitində biz ÜDM artımınının artıq 2023-cü ildə qoymuş oluruq, bunun əsasını yanvar və fevral ayları üzrə göstəricilərin dinamikası təmin edir", - deyə nazirlik əlavə edib.
Aprel ayında İqtisadi İnkişaf Nazirliyinin 2023-cü il üçün yenilənmiş proqnozu və qarşıdakı üç il üçün ssenari şərtlərini hökumətə təqdim edəcəyi gözlənilir.
Cari proqnoz iqtisadiyyatın 0,8% azalmasını nəzərdə tutur, lakin mart ayında İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, nazirlik 2023-cü ildə Rusiyaya ÜDM-in artımı və investisiya qoyuluşunu gözləyir, həmçinin əhalinin real gəlirləri üzrə proqnozu yaxşılaşdıracaq.
2022-ci ildə Rusiyanın ÜDM-i, "Rosstat"ın ilk qiymətləndirməsinə görə, 2,1% azalıb. Əsas kapitala investisiyalar ümumilikdə 4,6% artım göstərib. Qərbin sanksiyaları fonunda belə nəticələr həm məmurların, həm də bazarın ilkin gözləntilərindən qat-qat yaxşı olub.