QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri Xankəndinə erməniləri daşıyır

© Sputnik / Mediabanka keçidМашины Международного Комитета Красного Креста (МККК) в Карабахе, фото из архива
Машины Международного Комитета Красного Креста (МККК) в Карабахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Xankəndindən gəlib, Laçın istiqamətinə maneəsiz keçid edən BQXK-ya məxsus avtomobillər geriyə qayıdıb.
BAKI, 8 aprel - Sputnik. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Səhər saatlarında Xankəndindən gəlib, Laçın istiqamətinə maneəsiz keçid edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər geriyə qayıdıb.
Xankəndinə gedən BQXK-ya məxsus minik avtomobillərində erməni əsilli sakinlər olub (APA).
Xəbər lenti
0