Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın bu regionu Azərbaycanın kalium gübrələrinə olan tələbatını ödəməyə hazırdır

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidDənəvər kalium gübrəsi, arxiv şəkli
Dənəvər kalium gübrəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi bildirib ki, Perm müəssisələri Bakıda öz nümayəndəliklərinin yaradılması imkanlarını öyrənirlər.
BAKI, 7 aprel — Sputnik. Rusiya Federasiyasının Perm diyarı Azərbaycanın kalium gübrələrinə olan tələbatını tam şəkildə ödəməyə hazırdır. Bunu Perm ərazisinin İxraca Dəstək Mərkəzinin rəhbəri Yana Nikitina Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi Perm-Bakı videokörpüsü zamanı bildirib.
"Kalium gübrələrinin istehsalı və onların tətbiqi hökumət səviyyəsində dəstəklənir. Bizim kifayət qədər resurslarımız var - bütün kalium gübrələri istehsalımız maksimum güclə sınaqdan keçirilib", - deyə Nikitina bildirib.
Onun sözlərinə görə, Perm gübrə istehsalçıları beynəlxalq bazarlarda iştiraklarını genişləndirirlər.
"Eyni zamanda, əgər kalium gübrələri istehsal edən müəssisələrlə görüşlər təşkil etmək tələb olunarsa, o zaman Perm vilayətinin hökuməti onları təşkil edəcək və müəyyən razılaşmaların əldə olunmasına kömək edəcək", - deyə İxraca Dəstək Mərkəzinin rəhbəri vurğulayıb.
Nikitina qeyd edib ki,Ümumiyyətlə, Perm diyarı Azərbaycana normal olaraq ağac, kağız, kimya məhsulları, o cümlədən plastik məmulatlar, qablaşdırma materialları və digər məhsullar ixrac edir.
Azərbaycan şirkətlərinin Permdəki işgüzar missiyası
Nikitina həmçinin bildirib ki, Perm diyarının real potensialını nümayiş etdirmək üçün biznes missiyası ilə Rusiyanın bu regionuna Azərbaycandan beş təşkilat dəvət olunub.

"Biznes missiyasının mövzusu tikinti olub. Müxtəlif tikinti obyektlərinə xidmət göstərən, bu sahədə tikinti materiallarının və malların paylanması ilə məşğul olan şirkətlər dəvət olunub", - deyə o bildirib.

İxraca Dəstək Mərkəzinin rəhbəri bildirib ki, biznes missiyasının yekunlarına əsasən neft-qaz sahəsində Azərbaycan şirkəti ilə müəyyən avadanlıqların tədarükü üçün memorandum imzalanıb.
"Bundan başqa, Azərbaycan şirkətləri bağlayici armatur, geomembran (izoləedici material) və digər avadanlıqlar, polimerlərdən hazırlanmış malların istehsalı ilə məşğul olan Perm zavodlarına baş çəkiblər. Müvafiq olaraq, biznes missiyası çox geniş olub, onun nümayəndələri yeddidən çox zavodu ziyarət ediblər", - deyə Nikitina bildirib.
O, əlavə edib ki, biznes missiyası çərçivəsində ayrıca istiqamət də olub ki, bu da xüsusi olaraq yüngül sənaye müəssisələri üçün xüsusi geyimlərin tədarükü ilə məşğul olan şirkət gəlib.
"Biz bu qarşılıqlı fəaliyyət formatını çox keyfiyyətli hesab edirik, çünki ötən il biz işgüzar missiya ilə səfər etmişik, o cümlədən Azərbaycanda keçirilən sərgidə iştirak etmişik. Bu il mayın sonunda Bakıda keçiriləcək "Caspian Oil and Gas" sərgisinə gedəcəyik", - deyə Nikitina bildirib.
Perm müəssisələri Bakıda nümayəndəliklər yaratmağa hazırdırlar
Tədbirdə iştirak edən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Perm diyarı Azərbaycanla tam və məqsədyönlü şəkildə işgüzar əməkdaşlıq quran Rusiyanın ən fəal subyektlərindən biridir.

"Qeyd etmək istərdim ki, buna birbaşa regionun rəhbəri, Perm diyarının qubernatoru Dmitri Maxonin stimul verir, o, biznes missiyaları nümayəndə heyətlərinə şəxsən rəhbərlik edir", - deyə Mirsayapov bildirib.

Nikitina Perm şirkətlərinin məhsullarının Azərbaycanda yaxşı tanındığını, tələb olunduğunu və öz keyfiyyət və etibarlılığını sübut edildiyini bildirərək Rusiyanın bu regionunun məhsullarının qiymət və keyfiyyət nisbətinin yaxşı olduğunu da qeyd edib.
Rusiyanın ticarət üzrə nümayəndəsinin sözlərinə görə, Perm müəssisələri Bakıda öz nümayəndəliklərinin yaradılması imkanlarını öyrənirlər.
"Artıq ilk əlamət var - Rusiyanın ən böyük kabel istehsal edən zavodu artıq Azərbaycanda öz nümayəndəsinə malikdir və o, hər gün istehlakçılarla görüşür. Hazırda bu şirkətin məhsulları Azərbaycan Respublikasında bir sıra potensial tərəfdaşlar tərəfindən nəzərdən keçirilir", - deyə Mirsayapov bildirib.
O, həmçinin bildirib ki, Perm ixracatçılarının güclü olduğu ənənəvi sahələri qida, ət, süd məhsulları, qənnadı məmulatları, xüsusi geyimlər və bağlayici armaturlardır.
İT xidmətləri sahəsində imkanlar
Mirsayapov informasiyalaşdırma sahəsində imkanları ayrıca qeyd edib, çünki Perm diyarında İT sahəsində fəal ixracatçılar var və onlar da həmçinin xarici tərəfdaşlarla işləyirlər.
"Biz Azərbaycan iqtisadiyyatının, dövlət və özəl sektorun modernləşdirilməsində rəqəmsallaşmanın nə qədər mühüm rol oynadığını görürük. Hesab edirəm ki, burada da Perm İT şirkətlərinin yaxşı imkanları var", - deyə o qeyd edib.
Eyni zamanda Mirsayapov əlavə edib ki, əgər logistika ilə əlaqədar müəyyən məhsulların Permdən Azərbaycana ixracı bəzən kifayət qədər çətinləşirsə, o zaman İT məhsulları bu məhdudiyyətlərdən azad edilir və Azərbaycanda tətbiq oluna bilər.
© Sputnik / РИА Новости / Mediabanka keçidGübrə səpən traktor, arxiv şəkli
Работа фермеров на освобожденной территории - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Gübrə səpən traktor, arxiv şəkli
O, Perm istehsalçılarının Azərbaycanın neft-qaz sahəsində fəaliyyətindən danışaraq qeyd edib ki, bu yaxınlarda Perm şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və Azərbaycanda oyunçular xidmət göstərən özəl şirkətlərlə ayrı-ayrılıqda görüşləri olub.

"Perm diyarının məhsulları yüksək rəqabətlidir, çünki onlar artıq uzun illər Rusiya müəssisələrində sınaqdan keçirilib, həmçinin beynəlxalq standartlara uyğun bütün zəruri sertifikatlara malikdir", - deyə Mirsayapov bildirib.

Öz növbəsində Nikitina bildirib ki, Perm istehsalçıları SOCAR-la sistemli şəkildə işləyir və Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə işləyən servis şirkətləri ilə danışıqlar aparır.
"Ona görə də biz bütün səviyyələrdə danışıqları davam etdiririk. Son bağlanmış müqavilələrdən: bizim geomembran istehsal edən şirkətimiz var. Elə dünən mənə məlumat verilib ki, biz Azərbaycan şirkəti ilə geomembran tədarükü üzrə yeni müqavilə imzalamışıq. Şirkət aprelin sonuna qədər i ilk tədarükü həyata keçirməyə hazırlaşır", - deyə Nikitina bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0