Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Xerson vilayətində USQ-nin komanda-müşahidə məntəqəsi məhv edilib

© SputnikRusiya hərbi texnikası
Rusiya hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Nazirlik həmçinin Ukrayna silah-sursat anbarlarının məhv edilməsi barədə məlumat verib.
BAKI, 7 aprel — Sputnik. Rusiya qoşunları ötən sutka ərzində xüsusi hərbi əməliyyat (XHƏ) zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) Xerson vilayətindəki ərazi müdafiə bölmələrinin komanda-müşahidə məntəqəsini məhv ediblər.
Bunu Rusiya Federasiyasının Müdafiə Nazirliyi aprelin 7-də bildirib.
“Xerson vilayətinin Novoberislav yaşayış məntəqəsi ərazisində 126-cı ərazi müdafiə briqadasının bölməsinin komanda-müşahidə məntəqəsi məhv edilib”, - deyə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov qeyd edib.
Nazirlik həmçinin Donetsk və Luqansk ərazisindəki Ukrayna silah-sursat anbarlarının darmadağın edildiyini də açıqlayıb.
Xatırladaq ki, bu yaxınlarda “Dnepr” qruplaşmasının mətbuat mərkəzinin rəhbəri Andrey Rulev Rusiyanın əməliyyat-taktiki aviasiyasının Xerson vilayətindəki Odessa dəniz mühafizə məntəqəsini məhv etdiyini bildirib.
Xəbər lenti
0