Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrovla Blinkenlə görüşə dair suala necə cavab verib?

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov (sağda) və ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə görüş zamanı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov (sağda) və ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə görüş zamanı - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Blinkenlə Nyu-Yorkda görüşmək təklifinə gəlincə, müraciət olsa, biz onu nəzərdən keçirəcəyik.
BAKI, 7 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin sonunda Nyu-Yorka səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə görüş ehtimalı ilə bağlı suala cavabında bildirib ki, Rusiya danışıqlar üçün ciddi təkliflərdən heç vaxt imtina etmir.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, Vaşinqtondan istək olacağı təqdirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında beynəlxalq təşkilatlardan kənarda görüşün mümkünlüyünü istisna etmir.
"Blinkenlə Nyu-Yorkda görüşmək təklifinə gəlincə, müraciət olsa, biz onu nəzərdən keçirəcəyik. Biz belə vəziyyətlərdə mütəmadi olaraq deyirik ki, dialoq üçün ciddi təkliflərdən heç vaxt imtina etmirik", - Lavrov jurnalistlərə bildirib.
Lavrov dövlət katibinin onu G20 xarici işlər nazirlərinin Yeni Dehli görüşü çərçivəsində "ayaq üstə" görüşə dəvət etdiyi vəziyyəti nümunə göstərib.
"Mövqeyimiz dəyişməzdir. Biz ciddi söhbət üçün istənilən təklifi nəzərdən keçirməyə hazırıq", - Lavrov əlavə edib.
Xəbər lenti
0