Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

YUNESKO-ya Ukrayna təbliğatının ruporu rolu verilir - Zaxarova

© AFP 2024 / JEAN-PIERRE MULLERYUNESKO loqosu
YUNESKO loqosu - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, Odri Azule Donbassdakı faciənin doqquz ili ərzində indiki Ukrayna ərazisində rus dilinin, mədəniyyətinin və təhsilinin illərlə təqib edilməsi fonunda heç vaxt səsini ucaltmayıb.
BAKI, 6 aprel — Sputnik. YUNESKO-nun baş direktoru Odri Azulenin Ukraynaya son səfəri yalnız siyasi PR kampaniyası kimi qiymətləndirilməlidir, təşkilat bu gün Ukrayna təbliğatının ruporu rolunu oynayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Təəssüf ki, YUNESKO-nun baş direktorunun verdiyi açıqlamalar bizi onun Ukraynaya səfərini sırf siyasi PR kampaniyası kimi dəyərləndirməyə vadar edir. YUNESKO-nun Baş direktorunun ona həvalə edilmiş mandat çərçivəsində irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və ya sosial mənşəyindən və s asılı olmayaraq təhsilə, elmə və mədəniyyətə səmərəli dəstək göstərmək, özünüifadə hüququnu və ana dilini, müdafiə etmək əzmini yalnız alqışlamaq olar", - XİN-in açıqlamasında qeyd olunub.

Zaxarova qeyd edib ki, Odri Azule Donbassdakı faciənin doqquz ili ərzində indiki Ukrayna ərazisində rus dilinin, mədəniyyətinin və təhsilinin illərlə təqib edilməsi fonunda heç vaxt səsini ucaltmayıb.
"Azule "xəyali" siyasi düzgünlük naminə "bombalanmış məktəblər, xəstəxanalar və məbədlər, uşaqların, müəllimlərin və jurnalistlərin bədənlərinə diqqət yetirməkdənsə, abidələrlə mübarizə kimi" xırdalıqları xatırlamamağa" üstünlük verdi", - Xarici İşlər Nazirliyindən bildirilib.

"Ukraynada olarkən Odri Azule yeni Ümumdünya İrsi obyektində şanlı tariximizlə bağlı çoxsaylı mədəniyyət abidələrinin məhv edilməsi barədə qərar qəbul edən və həyata keçirən insanlarla əl-ələ verib iştirak edib. Görünür, bu, onu heç narahat etmir. Baş direktor narahat deyil ki, bir neçə ay əvvəl bu şəhərin YUNESKO-nun siyahısına daxil edilməsi üçün müraciəti qiymətləndirərkən beynəlxalq ekspertlərin təhlükəsizliyinə istinad edərək Odessaya səfər etməkdən imtina ediblər, indi isə eyni şərtlər onların gəlişinə mane olmadı", - deyə XİN açıqlayıb.

"Çox təəssüf edirəm ki, YUNESKO kimi beynəlxalq reputasiyaya malik mötəbər təşkilat, katibliyin bəzi nümayəndələrinin razılığı ilə Qərb dövlətlərinin siyasətinin qurbanına çevrilir, ona Ukrayna təbliğatının rupor rolu verilir", - Zaxarova vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0