QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə MN Azərbaycana təhvil verdiyi MEMATT-ların sayını açıqladı

© Photo : Twitter / T.C. Millî Savunma Bakanlığı"MEMATT" minatəmizləyən maşınları
MEMATT minatəmizləyən maşınları - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Mexaniki Mina Təmizləmə Təchizatı saatda 4 km sürətlə irəliləyə bilir və torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır.
BAKI, 6 aprel — Sputnik. "Bu günə qədər Azərbaycana Türkiyənin istehsalı olan 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) minatəmizləyən maşın təhvil vermişik". Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yasin Arslan deyib.
Onun sözlərinə görə, "MEMATT" minatəmizləyən texnikası 500 metr məsafədən idarə olunur:

"Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir".

Y.Arslan onu da bildirib ki, Azərbaycan tərəfində texnikaların istifadə qaydası ilə bağlı təlim də keçirilib:
"İşğaldan azad olunmuş bütün rayonlarda bu texnikalardan istifadə edilir. Hazırda işlərimiz Ağdam və Füzulidə daha intensiv şəkildə davam etdirilir. Çünki hədəf bu torpaqları tez bir zamanda normal qaydaya salmaqdır".
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0