Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Belarus təhlükəsizlik zəmanətlərinə yanaşmaları yeniləyəcək - Peskov

© Sputnik / Евгений ОдиноковRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Rusiya liderinin mətbuat katibi bildirib ki, RF müttəfiq və inteqrasiyanın ən qabaqcıl formasında olduğu bir ölkə kimi Belarusa təhlükəsizlik təminatının verilməsi imkanlarını nəzərdən keçirməlidir.
BAKI, 6 aprel - Sputnik. Rusiya və Belarus təhlükəsizlik zəmanətlərinə konseptual yanaşmalarını yeniləyəcəklər, bunu dünyada vəziyyət tələb edir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Söhbət ondan gedirdi ki, ətraf mühitimiz əhəmiyyətli dərəcədə dəyişdiyindən, təhlükəsizlik sahəsində beynəlxalq vəziyyət dəyişdiyindən biz konseptual yanaşmalarımızı yeniləməliyik. Rusiya Federasiyası isə təbii ki, müttəfiq və inteqrasiyanın ən qabaqcıl formasında olduğumuz bir ölkə kimi Belarusa təhlükəsizlik təminatının verilməsi imkanlarını nəzərdən keçirməlidir”, - deyə Rusiya və Belarus liderlərinin görüçü barədə danışan Peskov bildirib.

POnun sözlərinə görə, İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında Rusiyanın strateji nüvə silahlarının yerləşdirilməsi barədə heç bir söhbət olmayıb.
"Dünənki söhbətdə bunun nə dərəcədə müzakirə olunduğunu deyə bilmərəm - söhbət həqiqətən çox uzun idi, amma bu gün bu barədə heç bir söhbət olmayıb", - deyə Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0