Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya "ərazi reallıqları" nəzərə alınmaqla diplomatik nizamlanmaya hazırdır - Deputat

© Mark Wilson / Getty Images / AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Dövlət Dumasının beynəlxalq işlər komitəsinin rəhbəri Krımın statusunun 2014-cü ildə "həll edilmiş" məsələ kimi "ümumiyyətlə, müzakirə mövzusu olmadığını" bildirib.
BAKI, 6 aprel — Sputnik. Rusiya Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanından imtina etmir, lakin onun tərkibinə yeni regionlar daxil olduqdan sonra "ərazi reallıqlarının" dəyişməsini nəzərə almaq şərti ilə. Bunu Rusiya Dövlət Dumasının beynəlxalq işlər komitəsinin rəhbəri Leonid Slutski bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Krımın statusu, prinsipcə müzakirə mövzusu deyil.
Daha əvvəl Vladimir Zelenskinin ofis rəhbərinin müavini Andrey Sibiqa Ukrayna qoşunlarının onun sərhədlərinə çatacağı təqdirdə Kiyevin Rusiya ilə Krımla bağlı diplomatik danışıqlara hazır olduğunu bildirib. O əlavə edib ki, Ukrayna Krımı hərbi yolla öz nəzarətinə götürməyi istisna etmir.

"Rusiya Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanlarından imtina etmir. Lakin istənilən danışıqlar Kiyev rejiminin denazifikasiyası, demilitarizasiyası və ərazi reallıqlarının dəyişdirilməsi nəzərə alınmaqla, Rusiyaya yeni regionların daxil olması şərti ilə mümkündür", - deyə Slutski özünün "Telegram" kanalında yazıb.

Siyasətçinin vurğuladığı kimi, Rusiya Federasiyasının tərkibinə daxil olan bölgələr onun ərazisidir. Krımın statusu isə 2014-cü ildə "həll edilmiş" məsələ kimi "ümumiyyətlə, müzakirə mövzusu deyil".
Qeyd edək ki, Krım 2014-cü ilin martında Ukraynadakı çevrilişdən sonra keçirilən referendumdan sonra Rusiyanın bölgəsinə çevrilib. 2014-cü ildə keçirilən referendumda Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyanın tərkibinə daxil olmağın tərəfdarı olublar. Ukrayna hələ də Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir, bir çox Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyirlər.
Öz növbəsində, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Krım sakinləri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun olaraq Rusiya ilə demokratik birləşməyə səs veriblər. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, Krım məsələsi "birdəfəlik bağlanıb".
2022-ci il sentyabrın 23-27-də "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumlar keçirilib.
"DXR"də bülletenlərin 100%-nin nəticələrinə görə səs verənlərin 99,23%-i, Rusiya Federasiyasına qoşulmağa səs verib. "LXR"də bu rəqəm 98,42%, Xerson vilayətində 87,05%, Zaporojye vilayətində 93,11% olub.
Sentyabrın 30-da Putin "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələrinə görə Kremldə çıxış edib və bundan sonra onların rəhbərləri ilə regionların Rusiyanın tərkibinə daxil edilməsinə dair sazişlər imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0