Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: KTMT missiyasının regiona göndərilməsi Ermənistandan asılıdır

© AFP 2023 / ALEXANDER NEMENOVRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Rusiya tərəfi Ermənistanın KTMT missiyasını qəbul etməkdə marağının olmasından məmnunudur.
BAKI, 5 aprel - Sputnik. KTMT missiyasının regiona göndərilməsi Ermənistandan asılıdır.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın KTMT missiyasını qəbul etməkdə marağının olmasından məmnunudur.
“İnanırıq ki, bu addım regiondakı vəziyyətin stabilləşməsinə yardım edəcək. Həm Rusiya, həm də digər müttəfiqlər buna hazırdırlar (KTMT missiyasını göndərməyə-red). Belə qərarlar KTMT çərçivəsində razılaşdırılır və təsdiq olunur. O ki qaldı KTMT missiyasının regiona göndərilməsinin vaxtına, mənə elə gəlir ki, burada hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olan kimi, biz KTMT-nin müşahidə missiyasının hansı konkret modallıqda olacağı ilə bağlı predmetli işə qayıda bilərik. Ona görə də, top İrəvanın tərəfindədir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Xəbər lenti
0