https://sputnik.az/20230405/rusiya-maqate-rehberinin-zaporojye-aes-in-muhafizesi-meselesinde-seylerini-destekleyir-453420704.html
Rusiya MAQATE rəhbərinin "Zaporojye" AES-in mühafizəsi məsələsində səylərini dəstəkləyir
Rusiya MAQATE rəhbərinin "Zaporojye" AES-in mühafizəsi məsələsində səylərini dəstəkləyir
Sputnik Azərbaycan
MAQATE rəhbəri Lixaçyovlə görüşdə 2022-ci ilin payızında "Zaporojye" AES-in atəşə tutulmasının nəticələrini şəxsən görə bildiyini söyləyib. 05.04.2023, Sputnik Azərbaycan
2023-04-05T23:40+0400
2023-04-05T23:40+0400
2023-04-05T23:40+0400
aes
rusiya
zaporojye
maqate
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445609618_0:0:3023:1700_1920x0_80_0_0_2932c45f45f05daffb7405af8534829f.jpg
BAKI, 5 aprel — Sputnik. Rusiya MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi məsələsində səylərini dəstəkləyir. Qrossinin Kalininqrada səfərindən sonra Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bu barədə bildirib. "Rosatom"un baş direktoru Aleksey Lixaçyov və MAQATE-nin baş direktoru Rafael Qrossi bu gün Kalininqradda görüşərək "Zaporojye" AES-də nüvə təhlükəsizliyinin qorunmasını müzakirə ediblər. Rusiya bu məsələdə Qrossinin səylərini dəstəkləyir", - deyə Ulyanov "Twitter"də yazıb. Qrossi bir müddət əvvəl Kalininqradda Rusiyanın bir neçə departamentinin yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü, "Zaporojye" AES-in mühafizəsi üçün səyləri davam etdirdiyini bildirib. "Rosatom" bəyan edib ki, Rusiya MAQATE-nin "Zaporojye" AES-in təhlükəsizliyinə dair təşəbbüsünün həyata keçirilməsi üzərində işi davam etdirməyə hazırdır. Agentliyin rəhbəri Qrossi isə Lixaçyovlə görüşdə 2022-ci ilin payızında "Zaporojye" AES-in atəşə tutulmasının nəticələrini şəxsən görə bildiyini söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/01/445609618_51:0:2782:2048_1920x0_80_0_0_3c9d2f3a61452843a89fcd0e67cf06ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
aes, zaporojye, maqate
Rusiya MAQATE rəhbərinin "Zaporojye" AES-in mühafizəsi məsələsində səylərini dəstəkləyir
MAQATE rəhbəri Lixaçyovlə görüşdə 2022-ci ilin payızında "Zaporojye" AES-in atəşə tutulmasının nəticələrini şəxsən görə bildiyini söyləyib.
BAKI, 5 aprel — Sputnik. Rusiya MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi məsələsində səylərini dəstəkləyir.
Qrossinin Kalininqrada səfərindən sonra Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bu barədə bildirib.
"Rosatom"un baş direktoru Aleksey Lixaçyov və MAQATE-nin baş direktoru Rafael Qrossi bu gün Kalininqradda görüşərək "Zaporojye" AES-də nüvə təhlükəsizliyinin qorunmasını müzakirə ediblər. Rusiya bu məsələdə Qrossinin səylərini dəstəkləyir", - deyə Ulyanov "Twitter"də yazıb.
Qrossi bir müddət əvvəl Kalininqradda Rusiyanın bir neçə departamentinin yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü, "Zaporojye" AES-in mühafizəsi üçün səyləri davam etdirdiyini bildirib. "Rosatom" bəyan edib ki, Rusiya MAQATE-nin "Zaporojye" AES-in təhlükəsizliyinə dair təşəbbüsünün həyata keçirilməsi üzərində işi davam etdirməyə hazırdır. Agentliyin rəhbəri Qrossi isə Lixaçyovlə görüşdə 2022-ci ilin payızında "Zaporojye" AES-in atəşə tutulmasının nəticələrini şəxsən görə bildiyini söyləyib.