Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gələcəkdə içməli su Rusiyaya neftdən daha çox gəlir gətirə bilər - ekspertlər

© AFP 2024 / ARMEND NIMANIsu kran
su kran - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Rusiya qütb dairəsindən kənarda şirin su ehtiyatları üzrə mütləq liderdir.
BAKI, 5 aprel — Sputnik. Yaxın 25 ildə içməli suyun ixracı Rusiya büdcəsinə neft ixracından daha yüksək gəlir gətirə bilər.
"RİA Novosti"yə daxil olan və "Roskonqres" ekspertlərinin hazırladığı "Aysberqin zirvəsi: Arktika iqtisadiyyatının real perspektivləri" adlı hesabatda belə deyilir.
"Planetin su ehtiyatlarının, təxminən, 70%-ni Arktika və Antarktidanın qütb qapaqlarındadır. Həm də, nəzərə alaq ki, bu 70 %-in yarıdan çoxu Arktikadadır", - sənəddə belə deyilir.
Sənədin müəllifləri hesab edirlər ki, "25 illik üfüqdə təmizlənməmiş şirin su Rusiya ixracatının neftdən daha vacib və gəlirli resursuna çevrilə bilər".
Ekspertlər qeyd edirlər ki, Rusiya qütb dairəsindən kənarda şirin su ehtiyatları üzrə mütləq liderdir. "ABŞ-da (Alyaskada) Şimal buzlu okeanına heç bir iri çay tökülmür. Bu rəqəm Kanadada – 3, Rusiyada – 11-dir", - deyə müəlliflər izah edirlər.
"Yeniseyin Kara dənizinə illik axını 624 kub kilometrə çatır. Lena dünyanın ən böyük çayıdır, tamamilə əbədi buzlu bölgədə axan çaydır. Lenanın Laptev dənizinə axını, təxminən 540 kub kilometrdir. Ob - üçüncü yerdədir. Kara dənizinin Ob körfəzinə illik axını, təqribən 400 kub kilometrdir. Göllərin əhəmiyyəti heç də az deyil. Yalnız Putorana yaylasının 32 ən böyük su anbarında Rusiyanın Arktik zonası ümumi göl su ehtiyatının 45%-dən çoxu var", - sənəddə belə deyilir.
"Gözlənilir ki, 21-ci əsrin sonunda Arktika çaylarının axını 30% artacaq. Eyni zamanda, şirin su neftdən daha qiymətli ixrac resursuna çevrilə bilər", - ekspertlər hesab edirlər.
Hesabat müəllifləri qeyd edirlər ki, içməli suyun ixrac tədarükünün mümkünlüyü artıq Rusiyada müzakirə olunur. "Uzaq xarici ölkələrə, o cümlədən artıq kəskin su qıtlığı yaşayan Fars körfəzi ölkələrinə çatdırılma layihələri müzakirənin ilkin mərhələsindədir", - deyə sənəddə qeyd olunur.
Xəbər lenti
0