Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqı ilə fikir ayrılıqları keçmişdə qalacaq - Putin

© Sputnik / Алексей Даничев / Mediabanka keçidRF prezidenti Vladimir Putin, arxiv şəkil
RF prezidenti Vladimir Putin, arxiv şəkil - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Putinin sözlərinə görə, Rusiya Aİ ilə münasibətlərin tədricən yaxşılaşmasına ümid edir.
BAKI, 5 aprel — Sputnik. Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son vaxtlar ciddi şəkildə pisləşib, lakin Moskva onların tədricən bərpa olunacağına ümid edir. Bunu Kremldə xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdimetmə mərasimində Rusiya Prezidenti Vladimir Putin deyib.
"Burada olan Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri yəqin ki, İttifaq ilə Rusiya arasında münasibətlərin son illər xeyli pisləşdiyi qənaətindədir. Biz də buna çox təəssüf edirik", - Rusiya dövlət başçısı bildirib.
Moskva bunun səbəbini Aİ-nin “Avropa qitəsində iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişaf etdirilməsi kimi əsas, orijinal funksiyasını” kənara qoyub, “Rusiya ilə geosiyasi qarşıdurmaya başlamasında” görür.
“Ölkəmizlə qarşıdurmanın təşəbbüskarı məhz Aİ olub”, - Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Aİ ilə münasibətlərin tədricən yaxşılaşmasına ümid edir: “Ümidvar olduğumu bildirmək istərdim ki, əlaqələrimizə xələl gətirən bütün hərəkətlər keçmişdə qalacaq və biz əlaqlərimizin həm Rusiya, həm də üzv ölkələrin iqtisadiyyatları baxımından düzgün şəkildə qurulması üçün hər şeyi edəcəyik”.
“Biz hələ də ümid edirik ki, qarşılıqlı əməkdaşlıq məntiqi zaman keçdikcə qalib gələcək”, - deyə Putin fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0