Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Ukrayna ABŞ-ın dəstəyi ilə terrorçu dövlətə çevrilib

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidVolodin
Volodin - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri vurğulayıb ki, bütün dünyada terrorçularla danışıqlar aparmır, onları məhv edirlər.
BAKI, 4 aprel — Sputnik. ABŞ və Aİ-nin Ukraynaya dəstəyi Avropanın mərkəzində terror dövlətinin yaranmasına gətirib çıxarıb. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında bildirib.
O, bir sıra jurnalistlərə, o cümlədən Vladimir Solovyov, Olqa Skabeeva və başqalarına qarşı terror aktlarının qarşısının alındığını xatırladıb.
Hərbi müxbir Vladlen Tatarskinin Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində həlak olmasını şərh edən Volodin qeyd edib ki, Kiyev həqiqəti söyləyənləri qorxutmağa və məhv etməyə çalışır.
"Terrorizmə heç bir bəhanə yoxdur. Bütün dünyada onunla sərt mübarizə aparırlar. Terrorçularla danışıqlar aparmır, onları məhv edirlər", - deyə Dövlət Dumasının spikeri vurğulayıb.
Xatırladaq ki, Sankt-Peterburqda Tatarskinin yaradıcılıq gecəsinin keçirildiyi kafedə aprelin 2-də axşam saatlarında partlayış baş verib. Jurnalist ölüb, 30-dan çox insan yaralanıb. Partlayışda şübhəli bilinən Daria Trepova aprelin 3-də saxlanılıb.
Müstəntiqlər hesab edirlər ki, qız hərbi müxbirə içərisində partlayıcı maddə olan heykəlcik verib. Hazırda cinayət işi "Terror aktı" maddəsinə tövsif edilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Kiyevin Tatarskinin qətlində əli olması onun terror üsullarından istifadə etməsinin növbəti təsdiqi olacaq.
Xəbər lenti
0