Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın kənd təsərrüfatı məhsulları istənilən Qərb məhsullarından keyfiyyətlidir - Putin

© Sputnik / Александр ВильфPutin
Putin - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Dövlət başçısı bildirib ki, Rusiyanın məhsullarındakı yüksək keyfiyyətə səbəb əvvəldən, ilk addımlardan ekologiya və ərzaq məhsullarının keyfiyyəti sahəsində standartlara xüsusi diqqət yetirilməsidir.
BAKI, 4 aprel — Sputnik. Rusiyanın kənd təsərrüfatı məhsulları istənilən Qərb məhsullarından daha keyfiyyətlidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Tulajeldormaş"ın işçiləri ilə söhbəti zamanı Putin xatırladıb ki, 2014-cü ildə Rusiya Federasiyası sanksiyalara cavab olaraq Qərb ölkələrinin kənd təsərrüfatı məhsulları üçün öz bazarına çıxışını məhdudlaşdırmaqla əks tədbirlər görüb. Nəticədə yerli kənd təsərrüfatı öz məhsulları ilə azad bazara daxil olub.
"Keyfiyyətinə görə, bunu vurğulamaq istəyirəm, həqiqətən hər hansı bir Qərb məhsulundan daha yüksək keyfiyyətə malikdir. Çünki biz əvvəldən, ilk addımlardan ekologiya və ərzaq məhsullarının keyfiyyəti sahəsində standartlara xüsusi diqqət yetirməyə başladıq", - deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, hələ sovet dövründən başlayaraq qida standartları və normaları Aİ-dən yüksək olub.
Xəbər lenti
0