Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə ABŞ və onun əlaltıları arasındakı əsas fərqlər nədir? Lavrov sadaladı

© Photo : Russian Foreign Ministry Press Service via APLavrov
Lavrov  - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqton və onun əlaltıları naminə fundamental maraqlarını qurban vermək istəyənlər getdikcə azalır.
BAKI, 4 aprel — Sputnik. Rusiyanın Qlobal Cənub və Şərq dövlətləri ilə əməkdaşlığa mane olmaq cəhdləri davam edəcək, lakin onların uğuru təmin olunmaqdan uzaqdır, çünki "Vaşinqton və onun əlaltıları naminə fundamental maraqlarını qurban vermək istəyənlər getdikcə azalır".
Müvafiq açıqlamanı "aif.ru" saytına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib.
"Bizim qərblilərdən əsas fərqimiz ondan ibarətdir ki, biz heç vaxt xarici tərəfdaşlarımıza necə yaşamağı öyrətmirik. Bizim gizli gündəmimiz yoxdur. Biz "ikili standartlar" tətbiq etmirik. Biz dövlətlərarası əməkdaşlığı beynəlxalq hüquq, bərabərlik, qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsipləri əsasında qururuq. Görünür, bu kreativ yanaşma afrikalılara təsir edir. Və təkcə onlara deyil. Bu yanaşma bütün normal ölkələrə təsir edir", - deyə Lavrov vurğulayıb.
Diplomat, həmçinin, bildirib ki, Moskva afrikalı dostlarına, o cümlədən, onların milli təhlükəsizliyinin təmin edilməsi və humanitar sahədə ehtiyaclarının ödənilməsi baxımından təklif etməyə hazırdır.
"Afrika dövlətləri Rusiyanın öz peşəkar kadrlarının hazırlanmasında iştirak etməkdə maraqlıdır. Biz burada ənənəvi olaraq güclü mövqeyə malikik: Sovet və Rusiya ali təhsilinə afrikalıların bir neçə nəsli arasında böyük tələbat olub. Bu, Rusiya ilə Afrika ölkələri arasında hərtərəfli inkişaf etdirmək niyyətində olduğumuz çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin yalnız kiçik bir hissəsidir.", - deyə rusiyalı nazir əlavə edib.
Bundan əvvəl Lavrov Rusiyanı Çindən asılılıqla qorxudanlara cavab verib.
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 04.04.2023
RUSİYA
Lavrov Rusiyanı Çindən asılılıqla qorxudanlara cavab verib
Xəbər lenti
0