Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Narışkin Qərbin ikinci cəbhə planlarını ifşa etdi: Tbilisini inandırırlar ki...

© Sputnik / Алексей НикольскийNarışkin
Narışkin  - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun sözlərinə görə, Qərb dövlətləri görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil.
BAKI, 4 aprel — Sputnik. Qərb ölkələri Tbilisini Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı "ikinci cəbhə"nin açılmasının zəruriliyinə inandırmağa çalışır, indi Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqam olduğunu qeyd edirlər.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
"Biz Vaşinqtonun, Brüsselin, Londonun Gürcüstan rəhbərliyini ikinci cəbhənin açılmasının zəruriliyinə inandırmaq üçün israrlı cəhdlərini görürük. Onlar görürlər ki, döyüş meydanında vəziyyət Ukraynanın xeyrinə deyil", - Narışkin bildirib.
O əlavə edib ki, Qərb Tbilisini inandırır ki, indi Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün yaxşı vaxtdır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0