https://sputnik.az/20230404/belarus-dtk-ile-rusiya-xkx-maraqlari-koordinasiyali-sekilde-qoruyacaqlar-453388740.html
Belarus DTK ilə Rusiya XKX maraqları koordinasiyalı şəkildə qoruyacaqlar
Belarus DTK ilə Rusiya XKX maraqları koordinasiyalı şəkildə qoruyacaqlar
Sputnik Azərbaycan
Narışkin bildirib ki, bu gün Rusiya XKX və Belarus DTK kollegiyasının birgə iclası keçiriləcək. 04.04.2023, Sputnik Azərbaycan
2023-04-04T20:27+0400
2023-04-04T20:27+0400
2023-04-04T20:27+0400
belarus
rusiya
dtx
aleksandr lukaşenko
belarus prezidenti aleksandr lukaşenko
sergey narışkin
https://cdnn1.img.sputnik.az/img/41888/40/418884059_0:217:3072:1945_1920x0_80_0_0_3ba81bd633ca36db5603c42d1f01fd8c.jpg
BAKI, 4 aprel — Sputnik. Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) ilə iki ölkənin milli maraqlarının qorunmasında "koordinasiyalı yanaşma" barədə razılığa gəlib. Bu barədə Belarus DTK-nin saytında məlumat verilib. "Tədbirin nəticələrinə əsasən ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi üzrə konkret qərarlar qəbul edilib", - məlumatda deyilir. Bu yaxınlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiya və Belarus xüsusi xidmət orqanları arasında tam etimadın yarandığını bildirib. Narışkin bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə qeyd edib. Rusiya XKX-nin rəhbəri iki dövlətin qarşılıqlı fəaliyyətini "bərabər qarşılıqlı maraqları təmsil edən nümunə" adlandırıb. Narışkin həmçinin qeyd edib ki, bu gün Rusiya XKX və Belarus DTK kollegiyasının birgə iclası keçiriləcək. Lukaşenko ilə görüş zamanı Narışkin onu da bildirib ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Gürcüstanı Rusiya ilə münaqişəyə girməyə və "ikinci cəbhə" açmağa inandırmağa çalışırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41888/40/418884059_210:0:2941:2048_1920x0_80_0_0_d81dcfa24e00b5cd7e94b4f383e2a4d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus, dtx, aleksandr lukaşenko, belarus prezidenti aleksandr lukaşenko, sergey narışkin
belarus, dtx, aleksandr lukaşenko, belarus prezidenti aleksandr lukaşenko, sergey narışkin
Belarus DTK ilə Rusiya XKX maraqları koordinasiyalı şəkildə qoruyacaqlar
Narışkin bildirib ki, bu gün Rusiya XKX və Belarus DTK kollegiyasının birgə iclası keçiriləcək.
BAKI, 4 aprel — Sputnik. Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) ilə iki ölkənin milli maraqlarının qorunmasında "koordinasiyalı yanaşma" barədə razılığa gəlib.
Bu barədə Belarus DTK-nin saytında məlumat verilib.
"Tədbirin nəticələrinə əsasən ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi üzrə konkret qərarlar qəbul edilib", - məlumatda deyilir.
Bu yaxınlarda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiya və Belarus xüsusi xidmət orqanları arasında tam etimadın yarandığını bildirib. Narışkin bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə qeyd edib.
Rusiya XKX-nin rəhbəri iki dövlətin qarşılıqlı fəaliyyətini "bərabər qarşılıqlı maraqları təmsil edən nümunə" adlandırıb.
Narışkin həmçinin qeyd edib ki, bu gün Rusiya XKX və Belarus DTK kollegiyasının birgə iclası keçiriləcək.
Lukaşenko ilə görüş zamanı Narışkin onu da bildirib ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Gürcüstanı Rusiya ilə münaqişəyə girməyə və "ikinci cəbhə" açmağa inandırmağa çalışırlar.