Sankt-Peterburqda kafedə baş verən partlayışdan sonra 8 nəfərin vəziyyəti hələ də ağırdır
© Sputnik / Mediabanka keçidSankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib
© Sputnik
/ Abunə olmaq
Bazar günü Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib, nəticədə müharibə müxbiri Vladlen Tatarski olduğu üzə çıxan bir nəfər həlak olub.
BAKI, 3 aprel - Sputnik. Sankt-Peterburqda kafedə baş verən partlayışdan sonra 8 nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağır və qənaətbəxşdir, 9 nəfər ambulator müalicəyə buraxılıb. Bu barədə RİA Novosti şəhər səhiyyə komitəsinə istinadən məlumat yayıb.
“Kafedə baş verən partlayışdan sonra 31 xəstə şəhər xəstəxanalarına çatdırılıb. Səhər saat 7-yə olan məlumata görə, 9 nəfər ambulator müalicəyə buraxılıb. Xəstəxanalara yerləşdirilən 8 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır və qənaətbəxşdir", - deyə məlumatda bildirilir.
Bazar günü Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib, nəticədə müharibə müxbiri Vladlen Tatarski (əsl adı Maksim Fomin) olduğu üzə çıxan bir nəfər həlak olub.
© Sputnik / Mediabanka keçidFövqəladə Hallar Nazirliyi və polis maşınları Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyi və polis maşınları Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə partlayış baş verib.
© Sputnik
/ Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 32 nəfər yaralanıb, 1 nəfər ölüb, 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
RİA Novosti mənbəsi bildirib ki, partlayıcı qurğu, ehtimal ki, axşama gələnlərdən biri tərəfindən gətirilib; qutuda heykəlcik var - Tatarskiyə hədiyyə. Ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə iş başlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.