https://sputnik.az/20230403/putinin-musaviri-ile-azerbaycan-rusiya-elaqelerinin-inkisafi-muzakire-edildi-453320242.html
Putinin müşaviri ilə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı müzakirə edildi
Putinin müşaviri ilə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı müzakirə edildi
Sputnik Azərbaycan
Nazir Mikayıl Cabbarov Rusiya ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T12:59+0400
2023-04-03T12:59+0400
2023-04-03T12:59+0400
rusiya
rusiya
azərbaycan
iqtisadi
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453319187_0:0:3013:1696_1920x0_80_0_0_766347f41cc3d755e8f24b962814396e.jpg
BAKI, 3 aprel — Sputnik. Azərbaycan və Rusiya arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi, regionlararası əlaqələrin inkişafı məsələləri müzakirə edilib, ölkəmizin əlverişli biznes və investisiya imkanları diqqətə çatdırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlikdə Rusiya prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Mikayıl Cabbarov Rusiya ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib.O bildirib ki, Azərbaycanın əlverişli biznes-investisiya mühiti, işğaldan azad edilmiş torpaqlarımızın geniş potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya ilə tərəfdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Rusiya investorları, həmçinin, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat-logistika imkanlarından yararlana bilərlər. Nəqliyyat əlaqələrinin səmərəliliyin yüksəldilməsinin ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi rolunu vurğulayan nazir bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən R.Edelgeriyev Rusiyanın Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini, özəl sektorun fəallığının artırılmasının qarşılıqlı faydalı inkişafda rolunu qeyd edib, iqtisadi potensialın reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Rusiyanın Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirliyinin, Ticarət Nümayəndəliyinin, Çeçenistanın "Birincilərin hərəkatı" Ümumrusiya Dövlət Uşaq və Gənclər ictimai hərəkatının regional şurasının təmsilçilərinin də iştirak etdiyi görüşdə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər, həmçinin, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın diversifikasiyasına, qarşılıqlı ticarətin həcmindəki dinamizmin qorunub saxlanılması üçün görüləcək işlərə, regionlararası, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453319187_0:0:2729:2047_1920x0_80_0_0_2f61a1c2060cf6f2cfa54dff1e897d69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, iqtisadi, əməkdaşlıq
rusiya, azərbaycan, iqtisadi, əməkdaşlıq
Putinin müşaviri ilə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı müzakirə edildi
Nazir Mikayıl Cabbarov Rusiya ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib.
BAKI, 3 aprel — Sputnik. Azərbaycan və Rusiya arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi, regionlararası əlaqələrin inkişafı məsələləri müzakirə edilib, ölkəmizin əlverişli biznes və investisiya imkanları diqqətə çatdırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlikdə Rusiya prezidentinin müşaviri Ruslan Edelgeriyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Mikayıl Cabbarov Rusiya ilə əlaqələrin müsbət inkişaf dinamikasını vurğulayıb, iqtisadi potensialın reallaşdırılmasında, ticarət və investisiya əlaqələrinin gücləndirilməsində işgüzar dairələr arasında tərəfdaşlığın intensivləşdirilməsinin önəmini qeyd edib.
O bildirib ki, Azərbaycanın əlverişli biznes-investisiya mühiti, işğaldan azad edilmiş torpaqlarımızın geniş potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya ilə tərəfdaşlığın inkişafı üçün yeni perspektivlər açır. Rusiya investorları, həmçinin, beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat-logistika imkanlarından yararlana bilərlər. Nəqliyyat əlaqələrinin səmərəliliyin yüksəldilməsinin ikitərəfli əmtəə dövriyyəsinin artımında xüsusi rolunu vurğulayan nazir bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutunun resurslarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən R.Edelgeriyev Rusiyanın Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini, özəl sektorun fəallığının artırılmasının qarşılıqlı faydalı inkişafda rolunu qeyd edib, iqtisadi potensialın reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Rusiyanın Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirliyinin, Ticarət Nümayəndəliyinin, Çeçenistanın "Birincilərin hərəkatı" Ümumrusiya Dövlət Uşaq və Gənclər ictimai hərəkatının regional şurasının təmsilçilərinin də iştirak etdiyi görüşdə müxtəlif sosial-iqtisadi layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər, həmçinin, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın diversifikasiyasına, qarşılıqlı ticarətin həcmindəki dinamizmin qorunub saxlanılması üçün görüləcək işlərə, regionlararası, turizm və digər sahələrdə əlaqələrin inkişafına dair müzakirələr aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.