https://sputnik.az/20230403/pekin-rusiya-cin-munasibetlerinin-gelecek-inkisafina-tam-emindir--xn-453325335.html
Pekin Rusiya-Çin münasibətlərinin gələcək inkişafına tam əmindir – XİN
Pekin Rusiya-Çin münasibətlərinin gələcək inkişafına tam əmindir – XİN
Sputnik Azərbaycan
Hazırda hər iki tərəf iki dövlətin liderləri tərəfindən əldə edilmiş bir sıra mühüm razılaşmaları hərtərəfli həyata keçirir. 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T20:00+0400
2023-04-03T20:00+0400
2023-04-03T20:00+0400
çin
rusiya
rusiya
vladimir putin
si cinpin
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 3 aprel — Sputnik. Pekin Rusiya-Çin münasibətlərinin gələcək inkişafına tam əmindir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bazar ertəsi keçirilən brifinqdə bu barədə bildirib. O vurğulayıb ki, Çin sədri Si Cinpinin ötən ay Rusiyaya uğurlu dövlət səfəri olub və bu səfər zamanı iki dövlət başçısı Çin-Rusiya münasibətlərinin gələcək inkişafı üçün iddialı plan hazırlayıblar. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını təsdiqləyib.Orada deyilir ki, Rusiya özünü Qərbin düşməni hesab etmir və ondan təcrid etmir. Qeyd edilir ki, Rusiyanın özünün də düşmənçilik niyyəti yoxdur.Eyni zamanda, Moskva ABŞ-ın kursuna öz təhlükəsizliyi və beynəlxalq sülh üçün əsas risk mənbəyi kimi baxır. Çin və Hindistanla əlaqələrin hərtərəfli dərinləşdirilməsinə və koordinasiyaya xüsusi olaraq üstünlük verilir. Yaxın xaricdə əsas məqsəd regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, rusiya, vladimir putin, si cinpin
çin, rusiya, vladimir putin, si cinpin
Pekin Rusiya-Çin münasibətlərinin gələcək inkişafına tam əmindir – XİN
Hazırda hər iki tərəf iki dövlətin liderləri tərəfindən əldə edilmiş bir sıra mühüm razılaşmaları hərtərəfli həyata keçirir.
BAKI, 3 aprel — Sputnik. Pekin Rusiya-Çin münasibətlərinin gələcək inkişafına tam əmindir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bazar ertəsi keçirilən brifinqdə bu barədə bildirib.
"Çin və Rusiya qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni tipli böyük güc münasibətlərinin inkişafına sadiqdirlər. Çin-Rusiya münasibətləri üçüncü tərəflərə qarşı yönəlməyib və heç bir üçüncü tərəfin təsirinə məruz qalmır", – deyə diplomat Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını şərh etməyi xahiş edərkən bildirib.
O vurğulayıb ki, Çin sədri Si Cinpinin ötən ay Rusiyaya uğurlu dövlət səfəri olub və bu səfər zamanı iki dövlət başçısı Çin-Rusiya münasibətlərinin gələcək inkişafı üçün iddialı plan hazırlayıblar.
"Hazırda hər iki tərəf iki dövlətin liderləri tərəfindən əldə edilmiş bir sıra mühüm razılaşmaları hərtərəfli həyata keçirir. Biz Çin-Rusiya münasibətlərinin gələcək inkişafına tam əminik", - deyə o fikrini bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə Rusiyanın xarici siyasətinin yeni konsepsiyasını təsdiqləyib.
Orada deyilir ki, Rusiya özünü Qərbin düşməni hesab etmir və ondan təcrid etmir. Qeyd edilir ki, Rusiyanın özünün də düşmənçilik niyyəti yoxdur.
Eyni zamanda, Moskva ABŞ-ın kursuna öz təhlükəsizliyi və beynəlxalq sülh üçün əsas risk mənbəyi kimi baxır. Çin və Hindistanla əlaqələrin hərtərəfli dərinləşdirilməsinə və koordinasiyaya xüsusi olaraq üstünlük verilir. Yaxın xaricdə əsas məqsəd regionu sülh, mehriban qonşuluq və firavanlıq zonasına çevirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.