https://sputnik.az/20230403/moskvada-turkiye-ve-suriyanin-baxislarinin-yaxinlasmasina-hazirliq-gedir-453308925.html
Moskvada "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"na hazırlıq gedir
Moskvada "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"na hazırlıq gedir
Sputnik Azərbaycan
İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada aparılan danışıqların yekunlarına əsasən bildirib ki... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T08:44+0400
2023-04-03T08:44+0400
2023-04-03T10:12+0400
rusiya
lavrov
sergey lavrov
moskva
türkiyə
suriya
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_0:161:3070:1888_1920x0_80_0_0_88bec4388580687f81983482c3ea2418.jpg
BAKI, 3 aprel - Sputnik. Bu gün Rusiya, Türkiyə, Suriya və İran diplomatik nümayəndəliklərinin rəhbərlərinin müavinləri arasında danışıqlar keçiriləcək.Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq aprelin 2-də Moskvaya gediblər."Sabah (bu gün -red.) xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək. Bütün nümayəndə heyətləri artıq Moskvaya gəliblər", - deyə diplomatik mənbələrdən TASS-a bildiriblər. Bundan əvvəl İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada aparılan danışıqların yekunlarına əsasən bildirib ki, görüşün əsas məqsədi "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"olacaq.Öz növbəsində Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümidvar olduğunu bildirib ki, çox mühüm strateji hədəfə - Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş bu vasitəçilik missiyası ümumi uğurla başa çatacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_170:0:2901:2048_1920x0_80_0_0_659386fda135e3a3b2c4bd3d3b6b059d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, moskva, türkiyə, suriya, iran
lavrov, sergey lavrov, moskva, türkiyə, suriya, iran
Moskvada "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"na hazırlıq gedir
08:44 03.04.2023 (Yenilənib: 10:12 03.04.2023) İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada aparılan danışıqların yekunlarına əsasən bildirib ki, görüşün əsas məqsədi "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"olacaq.
BAKI, 3 aprel - Sputnik. Bu gün Rusiya, Türkiyə, Suriya və İran diplomatik nümayəndəliklərinin rəhbərlərinin müavinləri arasında danışıqlar keçiriləcək.
Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq aprelin 2-də Moskvaya gediblər.
"Sabah (bu gün -red.) xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək. Bütün nümayəndə heyətləri artıq Moskvaya gəliblər", - deyə diplomatik mənbələrdən TASS-a bildiriblər.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada aparılan danışıqların yekunlarına əsasən bildirib ki, görüşün əsas məqsədi "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"olacaq.
Öz növbəsində Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümidvar olduğunu bildirib ki, çox mühüm strateji hədəfə - Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş bu vasitəçilik missiyası ümumi uğurla başa çatacaq".