QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçında tank əleyhinə minalar aşkarlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 03.04.2023
Abunə olmaq
Laçın rayonununda Hoçaz kəndinin ərazisində aşkar edilən 3 ədəd tank əleyhinə mina rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.
BAKI, 3 aprel — Sputnik. Laçında tank əleyhinə mina aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Laçın rayonununda Hoçaz kəndinin ərazisində aşkar edilən 3 ədəd tank əleyhinə mina rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, aprelin 2-də Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.
Onu da qeyd edək ki, ANAMA-dan verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0