https://sputnik.az/20230403/cavusoglu-lavrovla-muzakire-edeceyi-movzulari-aciqladi-453310021.html
Çavuşoğlu Lavrovla müzakirə edəcəyi mövzuları açıqladı
Çavuşoğlu Lavrovla müzakirə edəcəyi mövzuları açıqladı
Sputnik Azərbaycan
Türkiyə XİN rəhbəri bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək və burada ikitərəfli münasibətlər, Ukrayna... 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T10:11+0400
2023-04-03T10:11+0400
2023-04-03T10:11+0400
rusiya
sergey lavrov
mövlud çavuşoğlu
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442689971_0:144:2995:1829_1920x0_80_0_0_aaa4464f1e6142b97a68b3a131e28a9a.jpg
BAKI, 3 aprel — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla "taxıl" sazişi ilə bağlı vəziyyəti, Moskva və Ankara arasında ikitərəfli münasibətləri, eləcə də bir sıra regional problemləri müzakirə etməyi planlaşdırır. Bu barədə RİA Novosti məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək və burada ikitərəfli münasibətlər, Ukrayna, Suriyadakı vəziyyət və digər məsələləri müzakirə edəcək. Onun sözlərinə görə, nazirlər müxtəlif səviyyələrdə təmaslar cədvəli hazırlamağı planlaşdırırlar. Türkiyə XİN rəhbərinin sözlərinə görə, Lavrovla Suriya, Liviyadakı vəziyyət və digər beynəlxalq məsələləri də müzakirə etmək planlaşdırılır. Çavuşoğlu təsdiqləyib ki, aprelin 3-4-də Moskvada Rusiya Federasiyası, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri arasında danışıqların keçirilməsi planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442689971_182:0:2813:1973_1920x0_80_0_0_cd3435348639ff3f992f7549999cef39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, mövlud çavuşoğlu, görüş
sergey lavrov, mövlud çavuşoğlu, görüş
Çavuşoğlu Lavrovla müzakirə edəcəyi mövzuları açıqladı
Türkiyə XİN rəhbəri bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək və burada ikitərəfli münasibətlər, Ukrayna, Suriyadakı vəziyyət və digər məsələləri müzakirə edəcəklər.
BAKI, 3 aprel — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla "taxıl" sazişi ilə bağlı vəziyyəti, Moskva və Ankara arasında ikitərəfli münasibətləri, eləcə də bir sıra regional problemləri müzakirə etməyi planlaşdırır. Bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək və burada ikitərəfli münasibətlər, Ukrayna, Suriyadakı vəziyyət və digər məsələləri müzakirə edəcək. Onun sözlərinə görə, nazirlər müxtəlif səviyyələrdə təmaslar cədvəli hazırlamağı planlaşdırırlar.
"Biz ikitərəfli münasibətlər və "taxıl sazişi" daxil olmaqla geniş mövzuları müzakirə edəcəyik. Bu mövzuda mən martın 30-da BMT-nin baş katibi ilə söhbət etdim, o, Türkiyənin bəzi problemlərin həllinə töhfə verə biləcəyini bildirdi. Rusiya Federasiyası sövdələşmənin 60 gün uzadılmasını təsdiqləyib, 120 gün uzadılması ilə bağlı dəqiq açıqlama yoxdur. Biz bunu müzakirə edəcəyik", - deyə "Anadolu" agentliyi nazirə istinadən yazıb.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, Lavrovla Suriya, Liviyadakı vəziyyət və digər beynəlxalq məsələləri də müzakirə etmək planlaşdırılır.
Çavuşoğlu təsdiqləyib ki, aprelin 3-4-də Moskvada Rusiya Federasiyası, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri arasında danışıqların keçirilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.