https://sputnik.az/20230402/vasinqtondan-moskvaya-kritik-zeng-blinkenle-lavrov-neden-danisiblar--453305840.html
Vaşinqtondan Moskvaya kritik zəng: Blinkenlə Lavrov nədən danışıblar?
Vaşinqtondan Moskvaya kritik zəng: Blinkenlə Lavrov nədən danışıblar?
Sputnik Azərbaycan
Lavrov vurğulanıb ki, Vaşinqtonda rəsmilərin və Qərb mediasının ABŞ vətəndaşı E.Qerşkoviçin saxlanması ilə bağlı işə siyasi çalar qatmaq niyyəti ilə hay-küy... 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T20:50+0400
2023-04-02T20:50+0400
2023-04-02T21:02+0400
rusiya
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
entoni blinken
abş dövlət katibi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438376261_0:161:3071:1888_1920x0_80_0_0_a019f2a4ba4f28e4fcc39448644b8644.jpg
BAKI, 2 aprel - Sputnik. Aprelin 2-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Dövlət katibinin casusluqda şübhəli bilinən ABŞ vətəndaşı E.Qerşkoviçin Rusiyada saxlanması ilə bağlı qaldırdığı məsələnin müzakirəsi kontekstində E.Blinkenin diqqəti Rusiya hakimiyyətinin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarlarına hörmətlə yanaşmağın zəruriliyinə yönəldilib. Vurğulanıb ki, Vaşinqtonda rəsmilərin və Qərb mediasının bu işə siyasi çalar qatmaq niyyəti ilə hay-küy salması qəbuledilməzdir.S.Lavrov xüsusilə qeyd edib ki, E.Qerşkoviç jurnalist statusu adı altında dövlət sirri təşkil edən məxfi məlumatları əldə etməyə çalışarkən cinayət başında yaxalanıb. Saxlanılması barədə ABŞ-ın Moskvadakı səfirliyinə müəyyən edilmiş qaydada məlumat verilmiş ABŞ vətəndaşının qanunsuz fəaliyyəti ilə bağlı müəyyən edilmiş faktlar fonunda onun sonrakı taleyi məhkəmə tərəfindən müəyyən ediləcək.Söhbət zamanı ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/15/438376261_170:0:2901:2048_1920x0_80_0_0_5f34829d9f091b63e2ff86e2a4f04ebe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, entoni blinken, abş dövlət katibi
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, entoni blinken, abş dövlət katibi
Vaşinqtondan Moskvaya kritik zəng: Blinkenlə Lavrov nədən danışıblar?
20:50 02.04.2023 (Yenilənib: 21:02 02.04.2023) Lavrov vurğulanıb ki, Vaşinqtonda rəsmilərin və Qərb mediasının ABŞ vətəndaşı E.Qerşkoviçin saxlanması ilə bağlı işə siyasi çalar qatmaq niyyəti ilə hay-küy salması qəbuledilməzdir.
BAKI, 2 aprel - Sputnik. Aprelin 2-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dövlət katibinin casusluqda şübhəli bilinən ABŞ vətəndaşı E.Qerşkoviçin Rusiyada saxlanması ilə bağlı qaldırdığı məsələnin müzakirəsi kontekstində E.Blinkenin diqqəti Rusiya hakimiyyətinin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarlarına hörmətlə yanaşmağın zəruriliyinə yönəldilib. Vurğulanıb ki, Vaşinqtonda rəsmilərin və Qərb mediasının bu işə siyasi çalar qatmaq niyyəti ilə hay-küy salması qəbuledilməzdir.
S.Lavrov xüsusilə qeyd edib ki, E.Qerşkoviç jurnalist statusu adı altında dövlət sirri təşkil edən məxfi məlumatları əldə etməyə çalışarkən cinayət başında yaxalanıb.
Saxlanılması barədə ABŞ-ın Moskvadakı səfirliyinə müəyyən edilmiş qaydada məlumat verilmiş ABŞ vətəndaşının qanunsuz fəaliyyəti ilə bağlı müəyyən edilmiş faktlar fonunda onun sonrakı taleyi məhkəmə tərəfindən müəyyən ediləcək.
Söhbət zamanı ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunulub.