https://sputnik.az/20230402/siluanov-neft-qaz-gelirlerinin-azalmasina-baxmayaraq-budce-ohdelikleri-yerine-yetirilecek-453300531.html
Siluanov: Neft-qaz gəlirlərinin azalmasına baxmayaraq büdcə öhdəlikləri yerinə yetiriləcək
Siluanov: Neft-qaz gəlirlərinin azalmasına baxmayaraq büdcə öhdəlikləri yerinə yetiriləcək
Sputnik Azərbaycan
Yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmi 3,163 trilyon rubl təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevral aylarında əldə edilən gəlirlərin... 02.04.2023, Sputnik Azərbaycan
2023-04-02T16:33+0400
2023-04-02T16:33+0400
2023-04-02T17:35+0400
rusiya
anton siluanov
büdcə
öhdəlik
https://cdnn1.img.sputnik.az/img/42293/20/422932054_0:0:2792:1571_1920x0_80_0_0_f0e593f1d30274782165d69b123ac983.jpg
BAKI, 2 aprel - Sputnik. Neft-qaz gəlirlərinin azalmasına baxmayaraq, büdcə öhdəlikləri yerinə yetiriləcək, martın sonunda Rusiya büdcəsinin əlavə gəlirləri isə 2,5 trilyon rubl təşkil edib. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.“Yalnız bir gün əvvəl xəzinəyə əlavə 2,5 trilyon rubl daxil olub.Bəli, biz neft və qaz gəlirlərində cüzi azalmanın olduğunu görürük, çünki enerji resurslarının qiymət parametrləri büdcədə nəzərdə tutulandan bir qədər fərqlidir. Amma mən əminəm ki, biz bütün öhdəlikləri yerinə yetirəcəyik və buna heç bir şübhə yoxdur”, - o, Pavel Zarubinə müsahibəsində deyib.Maliyyə Nazirliyinin ilkin hesablamalarına əsasən, yanvar-fevral aylarında Rusiya Federasiyasının federal büdcəsi 2,581 trilyon rubl kəsirlə icra edilib, 2023-cü ilin yanvar-fevral aylarında federal büdcə xərclərinin həcmi isə 5,744 trilyon rubl təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur.Yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmi 3,163 trilyon rubl təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmindən 25% azdır. Eyni zamanda, neft və qaz gəlirləri 947 milyard rubl təşkil edib ki, bu da ötən illə müqayisədə 46% azdır. Nazirliyin qeyd etdiyi kimi, bu, ilk növbədə Urals nefti üçün kotirovkaların azalması və təbii qaz ixracının azalması ilə əlaqədardır.2023-cü il və planlaşdırılan 2024-2025-ci illər üçün federal büdcə haqqında qanuna əsasən, Rusiyanın 2023-cü ildə büdcə gəlirləri 26,13 trilyon rubl (ÜDM-in 17,4 faizi), xərcləri 29,056 trilyon rubl səviyyəsində (ÜDM-in 19,4%-i) planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42293/20/422932054_61:0:2792:2048_1920x0_80_0_0_00d9800ac7b084fa74ba99c2e911e413.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anton siluanov, büdcə, öhdəlik
anton siluanov, büdcə, öhdəlik
Siluanov: Neft-qaz gəlirlərinin azalmasına baxmayaraq büdcə öhdəlikləri yerinə yetiriləcək
16:33 02.04.2023 (Yenilənib: 17:35 02.04.2023) Yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmi 3,163 trilyon rubl təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmindən 25% azdır.
BAKI, 2 aprel - Sputnik. Neft-qaz gəlirlərinin azalmasına baxmayaraq, büdcə öhdəlikləri yerinə yetiriləcək, martın sonunda Rusiya büdcəsinin əlavə gəlirləri isə 2,5 trilyon rubl təşkil edib. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
“Yalnız bir gün əvvəl xəzinəyə əlavə 2,5 trilyon rubl daxil olub.Bəli, biz neft və qaz gəlirlərində cüzi azalmanın olduğunu görürük, çünki enerji resurslarının qiymət parametrləri büdcədə nəzərdə tutulandan bir qədər fərqlidir. Amma mən əminəm ki, biz bütün öhdəlikləri yerinə yetirəcəyik və buna heç bir şübhə yoxdur”, - o, Pavel Zarubinə müsahibəsində deyib.
Maliyyə Nazirliyinin ilkin hesablamalarına əsasən, yanvar-fevral aylarında Rusiya Federasiyasının federal büdcəsi 2,581 trilyon rubl kəsirlə icra edilib, 2023-cü ilin yanvar-fevral aylarında federal büdcə xərclərinin həcmi isə 5,744 trilyon rubl təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur.
Yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmi 3,163 trilyon rubl təşkil edib ki, bu da 2022-ci ilin yanvar-fevral aylarında əldə edilən gəlirlərin həcmindən 25% azdır. Eyni zamanda, neft və qaz gəlirləri 947 milyard rubl təşkil edib ki, bu da ötən illə müqayisədə 46% azdır. Nazirliyin qeyd etdiyi kimi, bu, ilk növbədə Urals nefti üçün kotirovkaların azalması və təbii qaz ixracının azalması ilə əlaqədardır.
2023-cü il və planlaşdırılan 2024-2025-ci illər üçün federal büdcə haqqında qanuna əsasən, Rusiyanın 2023-cü ildə büdcə gəlirləri 26,13 trilyon rubl (ÜDM-in 17,4 faizi), xərcləri 29,056 trilyon rubl səviyyəsində (ÜDM-in 19,4%-i) planlaşdırılır.