Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada NATO nəyə ümid edir

© AFP 2023 / NICOLAS TUCATNATO qırıcıları
NATO qırıcıları - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Vaşinqton və onun Avropa satellitləri Rusiyanın qalib gəlməsinə imkan vermədən Ukrayna münaqişəsini necə başa çatdıracağını bilmirlər.
Kiyev rejimi üçün köhnə zirehli texnika və silah-sursatlarını "bütün dünyadan" toplayan ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrinin (USQ) yaz əks-hücumuna və Rusiya ordusunun xüsusi hərbi əməliyyat (XHƏ) zonasında "məğlubiyyətinə" ümid edir. Gerçəkliyə zəmanətli qayıdış kollektiv Qərb və Ukrayna marionetləri üçün ağrılı və şok edici olacaq.
Vaşinqton və onun Avropa satellitləri Rusiyanın qalib gəlməsinə imkan vermədən Ukrayna münaqişəsini necə başa çatdıracağını bilmirlər. Heç bir plan yoxdur, sadəcə olaraq ətalətlə "nə heyif deyil" kateqoriyasından silah tədarük edirlər. Pentaqonun rəhbəri Lloyd Ostinin sözlərinə görə, onlar Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücumuna ümid edirlər ki, görünür, uğur qazanmaq üçün "çox yaxşı şansa" malikdirlər. ABŞ-ın müdafiə naziri yalnız Rusiya Silahlı Qüvvələrinin resurslarını nəzərə almadan Senatın müvafiq komitəsi qarşısında belə bir nəticəyə gələ bilərdi.
Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Pentaqon generallarının iştirakı ilə Donetsk, Zaporojye və Xerson vilayətlərində "quru dəhlizi"nin ləğvi üçün aprel ayında Krımda əks-hücumunun strategiyasını hazırlayıb. Dneprdən döyuşə-döyüşə keçmək, Melitopolun zəbt edilməsi, Armyansk və Geniçeskaya zərbələr endirilməsi ilə iki mərhələ. Kağızda asan görünürdü, ancaq gerçəyi yaddan çıxardıblar.
Qərb "idokratiyasının" virtual aləmində adətən Ukrayna ordusunun qələbə əks-hücum əməliyyatının Moskvanı Kiyevin şərtləri ilə danışıqlara sövq edəcəyi hesab edilir. Burada "ərazilərin geri qaytarılması" və ABŞ-ın "istəklərinin" həyata keçirilməsi nəzərdə tutulur.
Ancaq əlli "donor ölkə"nin birgə hərbi yardımı və Ukrayna ordusunun gücünün "döyüş meydanında Rusiyanı məğlub etməyə" və ya heç olmasa XHƏ zonasında qüvvələrin uyğunlaşmasını dəyişdirməyə imkan vermədiyini görməmək mümkün deyil. Kollektiv Qərb və marionet Kiyev rejimi artıq "müharibələrini" uduzublar, lakin dayandıra bilmirlər. Yüz milyardlarla dollar və avro Ukrayna münaqişəsinin "qara dəliyinə" axıb, heç kim NATO-nun itkilərini qeyd etmək və "Qərb demokratiyası"nın yeni geosiyasi məğlubiyyətinə görə məsuliyyət daşımaq istəmir.
Martın 29-da Rusiyanın üç bölgəsində Strateji Raket Qüvvələrinin Novosibirsk raket birləşməsinin mobil "Yarsları" ilə genişmiqyaslı təlimləri başlayıb. Kreml dünən xatırladıb ki, Ukrayna məsələsində xüsusi hərbi əməliyyatın məqsədlərinə siyasi və diplomatik yolla nail olmaq mümkün deyil. Bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Rusiya onun mövcudluğuna təhlükə yaradan hər kəsi məhv edəcək.
"İlğımlar" və taleyin döngələri
Ukrayna Prezidenti Vladimir Zelenski "Associated Press"ə verdiyi müsahibədə Qərb ölkələrinin Ukraynaya təyyarə verməməsindən, digər silahların tədarükündə ləngiməsindən, həmçinin işlək olmayan hava hücumundan müdafiə komplekslərini geri qaytarmaq məcburiyyətində qalmasından şikayətlənib. Həqiqətən, Vaşinqtonun Avropa peykləri "paravozdan qabaqda qaçmağa" tələsmirlər. Polşa Ukrayna Silahlı Qüvvələrinə əvvəllər vəd edilmiş bütün MiQ-29 qırıcılarını verməkdən imtina edib. Fransanın müdafiə naziri Sebastyan Lekornunun Beşinci Respublikanın Əmirliklərdən almaq niyyətində olduğu 40 ədəd "Mirage 2000" yüngül qırıcılarının tədarükü ilə bağlı Ukrayna ilə danışıqlar barədə bəyanatı da təsadüfən təkzib olunmayıb.
Varşava, Paris, digər Avropa paytaxtları kimi, əsasən Vaşinqtonun münaqişəyə cəlb olunma dərəcəsinə diqqət yetirirlər. Məsələn, Fransa Ukraynaya tədarük edilən 155 mm-lik mərmilərin sayını iki dəfə artırmaq, onları aylıq 2000 ədədə çatdırmaq niyyətindədir və bu, Ukrayna Silahlı Qüvvələrinin gündəlik "norma"sının təxminən yarısıdır. Xatırladım ki, ABŞ bu ilin yazında ayda 20 min 155 mm-lik mərmi istehsalına nail olmağa çalışır, ABŞ-ın hərbi sənaye kompleksi isə bütün NATO ölkələrinin hərbi sənayesinin 90 faizi deməkdir.
Amerikalılar "hegemonluğun" qorunması uğrunda mübarizədə bir çox müttəfiqlərini qurban verməyə hazırdırlar və öz təhlükəsizliklərinə, Rusiyanın nüvə potensialının reallığına çox ciddi yanaşırlar. Pentaqonun rəhbəri Lloyd Ostin martın 28-də Silahlı Qüvvələr üzrə Senat Komitəsinin iclasında bir daha vurğulayıb ki, ABŞ-ın F-16 qırıcıları müharibənin bu mərhələsində Ukraynaya kömək etməyəcək. Kiyev belə təyyarələri "gələcəkdə" ala biləcək, bu gün isə guya hava hücumundan müdafiə sistemləri, uzaq mənzilli silahlar, zirehli texnikalar daha vacibdir. Düzdür, ABŞ-ın "Abramlar"ı hələ Ukrayna Silahlı Qüvvələri üçün hazır deyil, Almaniya, Kanada, Portuqaliya və Polşanın "Leopardlar"ı uğurlu əks-hücum üçün kifayət deyil. Müasir NATO tanklarının və piyada döyüş maşınlarının Kiyevə çatdırılması onlarla ölçülür. Döyüş meydanında "Panzerhaubitze-2000" özüyeriyən haubitsa, "Patriot" və "NASAMS" zenit raket komlekslərinin mövcudluğu son dərəcə əhəmiyyətsizdir.
Əntiq M113, "Spartan" və "Strayker" zirehli transportyorları Ukrayna hərbi əməliyyat teatrında daha çox müşahidə olunur. "Strayker" zirehli transportyoru hətta öz topunun atışı zamanı geri çəkilməsindən də yan tərəfə aşa bilər. Ukrayna Silahlı Qüvvələrində həmçinin anbar bazalarında reanimasiya edilmiş M109 tipli "Hammer", ordu yük maşınları, özüyeriyən silah qurğuları da var. Artyomovsk yaxınlığında ukraynalı artilleriyaçılar 1946-cı il modelinin 85 mm-lik sovet D-44 toplarını işə salıblar. Əntiq silah da atəş açır.
Obyektiv olaraq, Kiyevin NATO standartlarına uyğun əks-hücum üçün kifayət qədər gücü yoxdur, quru qoşunlarının aviasiya dəstəyinin olmaması xüsusilə nəzərə çarpır. Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsində üstünlük təşkil edən Rusiya qırıcılarına qarşı mübarizə aparmaq imkanı yoxdur. "Alternativ" zərbə endirən dronlar heç nəyi dəyişməyəcək.
Rusiya Aerokosmik Qüvvələri də öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etməyə hazırdır. XHƏ zonasında Rusiya qoşunlarının qruplaşması yüzlərlə yeni T-90M və T-72B3M tanklarını əldə edib. Rusiya müdafiə sənayesi müəssisələrində silah-sursat istehsalı dəfələrlə artıb.
Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin və NATO-nun cari və gələcək "xərclərinin" səviyyəsi barədə real təsəvvür yaradır – təkcə son 24 saat ərzində XHƏ zonasında Ukrayna Silahlı Qüvvələrinin üç tankı, beş piyada döyüş maşını və zirehli transportyoru, yeddi haubitsası, 15 zirehli döyüş maşını və 535 hərbi qulluqçusu məhv edilib. Bir il hərbi əməliyyatlar ərzində Ukrayna ordusu 8400-dən çox tank və zirehli texnika, 5520 artilleriya qurğusu və reaktiv yaylım atəş sistemi (RYAS), 3620 pilotsuz uçan aparat, 630 təyyarə və helikopter, 410 zenit-raket kompleksini itirib.
Nüfuzlu "American Conservative" nəşri etiraf edir ki, ABŞ-ın Rusiyanı zəiflətmək kimi uzaqgörən siyasəti çoxqütblü dünya düzəninə keçidi sürətləndirir. Təəssüf ki, yüz minlərlə ölən Ukrayna əsgəri Kiyev və Vaşinqtonda Bandera və Baydenlə nə qədər səhv etdiklərini heç vaxt bilməyəcək.
Xəbər lenti
0