https://sputnik.az/20230331/rusiyasiz-butovlukde-bmt-nin-isi-oz-menasini-itirecek---nebenzya-453251706.html
Rusiyasız bütövlükdə BMT-nin işi öz mənasını itirəcək - Nebenzya
Rusiyasız bütövlükdə BMT-nin işi öz mənasını itirəcək - Nebenzya
Sputnik Azərbaycan
Rusiyalı diplomat qeyd edib ki, Rusiyanı legitim hüquqi statusundan məhrum etməyə çağırış edənlər məsələnin hüquqi tərəfini yaxşı bilirlər. 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T14:51+0400
2023-03-31T14:51+0400
2023-03-31T14:51+0400
bmt
rusiya
vasili nebenzya
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0d/425458097_0:160:3072:1888_1920x0_80_0_0_87e664c5566d6461d3dc6351131a881e.jpg
BAKI, 31 mart — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik hüququndan məhrum edilə bilməz, bu çağırışlar absurddur. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TASS-a müsahibəsində bildirib. Rusiyalı diplomat qeyd edib ki, Rusiyanı legitim hüquqi statusundan məhrum etməyə çağırış edənlər məsələnin hüquqi tərəfini yaxşı bilirlər. Bundan əlavə, Nebenzya bildirib ki, Rusiyanın bu beynəlxalq təşkilatda iştirakı olmasa, BMT-nin işi dəyərsizləşəcək. Bir müddət əvvəl ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı səfiri Linda Tomas-Qrinfild demişdi ki, Rusiya "Ukraynada etdiklərinə görə TŞ-nin daimi üzv olmamalıdır. Xatırladaq ki, aprelin 1-dən Rusiya bir ay müddətinə Təhlükəsizlik Şurasının sədri olacaq və onun daimi nümayəndəsi Vasili Nebenzya iclasları çağırmaq, açmaq və keçirmək, Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədləri imzalamaq səlahiyyətini alacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0d/425458097_172:0:2901:2047_1920x0_80_0_0_d0668161b4730f7b44b940f53ed57b2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, vasili nebenzya, təhlükəsizlik şurası
bmt, vasili nebenzya, təhlükəsizlik şurası
Rusiyasız bütövlükdə BMT-nin işi öz mənasını itirəcək - Nebenzya
Rusiyalı diplomat qeyd edib ki, Rusiyanı legitim hüquqi statusundan məhrum etməyə çağırış edənlər məsələnin hüquqi tərəfini yaxşı bilirlər.
BAKI, 31 mart — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik hüququndan məhrum edilə bilməz, bu çağırışlar absurddur. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TASS-a müsahibəsində bildirib.
"Rusiyanın SSRİ-nin varisi dövlət statusu beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınıb. BMT Nizamnaməsinə dəyişiklik edilmədən Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən kənarlaşdırılması mümkün deyil. Necə ki, Rusiyanı bu hüquqdan məhrum etmək mümkün deyil. Rusiyanı TŞ-ya sədrlik hüququndan məhrum etmək mümkün olmadığı kimi, bu da sadəcə absurddur", - Nebenzya bildirib.
Rusiyalı diplomat qeyd edib ki, Rusiyanı legitim hüquqi statusundan məhrum etməyə çağırış edənlər məsələnin hüquqi tərəfini yaxşı bilirlər.
Bundan əlavə, Nebenzya bildirib ki, Rusiyanın bu beynəlxalq təşkilatda iştirakı olmasa, BMT-nin işi dəyərsizləşəcək.
"Rusiyasız təkcə Təhlükəsizlik Şurasının işi deyil, bütövlükdə BMT-nin işi öz mənasını itirəcək. Bu isə bütün qurulmuş beynəlxalq münasibətlər sisteminin məhvi demək olacaq", - deyə Nebenzya əlavə edib.
Bir müddət əvvəl ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı səfiri Linda Tomas-Qrinfild demişdi ki, Rusiya "Ukraynada etdiklərinə görə TŞ-nin daimi üzv olmamalıdır.
Xatırladaq ki, aprelin 1-dən Rusiya bir ay müddətinə Təhlükəsizlik Şurasının sədri olacaq və onun daimi nümayəndəsi Vasili Nebenzya iclasları çağırmaq, açmaq və keçirmək, Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədləri imzalamaq səlahiyyətini alacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.