https://sputnik.az/20230331/lukasenko-ukraynadaki-munaqiseni-dayandirmagin-yegane-yolunu-aciqlayib-453255182.html
Lukaşenko Ukraynadakı münaqişəni dayandırmağın yeganə yolunu açıqlayıb
Lukaşenko Ukraynadakı münaqişəni dayandırmağın yeganə yolunu açıqlayıb
Sputnik Azərbaycan
Belarus Prezidenti bildirib ki, Ukrayna qoşunlarının mümkün əks-hücum əməliyyatı münaqişənin davam etməsi riskini artırır. 31.03.2023, Sputnik Azərbaycan
2023-03-31T15:24+0400
2023-03-31T15:24+0400
2023-03-31T15:24+0400
belarus prezidenti aleksandr lukaşenko
qərb
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698153_0:312:3071:2039_1920x0_80_0_0_15ca12b0a9accb7e6ec7b6f191463bfc.jpg
BAKI, 31 mart — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və sülh elan etməyi təklif edib. Bu təkliflə Belarus lideri xalqa və parlamentə müraciətində çıxış edib. Onun sözlərinə görə, əgər Qərb sülhdən öz məqsədləri üçün istifadə etməyə çalışarsa, Rusiya münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi sənaye kompleksinin və ordunun bütün gücündən istifadə etməyə borcludur. Lukaşenko vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə yolu ilkin şərt olmadan danışıqlardır. Eyni zamanda o, Ukrayna Prezidenti Vladimir Zelenskinin hərəkətlərindən qəzəblənib. O, xüsusilə qeyd edib ki, Ukrayna qoşunlarının mümkün əks-hücum əməliyyatı münaqişənin davam etməsi riskini artırır. "Bu, indiki şəraitdə mümkün olan ən pis şeydir. Çünki bu, danışıqlar prosesinə olan bütün ümidləri qıra bilər və münaqişənin qarşısı alınmaz şəkildə genişlənməsinə gətirib çıxara bilər", - o bildirib. Belarus prezidenti vurğulayıb ki, haradasa yeni münaqişə başlasa, dünya Ukraynanı unudacaq. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698153_340:0:3071:2048_1920x0_80_0_0_0721efcb8519791cccb5637b3c365799.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus prezidenti aleksandr lukaşenko, qərb, ukrayna
belarus prezidenti aleksandr lukaşenko, qərb, ukrayna
Lukaşenko Ukraynadakı münaqişəni dayandırmağın yeganə yolunu açıqlayıb
Belarus Prezidenti bildirib ki, Ukrayna qoşunlarının mümkün əks-hücum əməliyyatı münaqişənin davam etməsi riskini artırır.
BAKI, 31 mart — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı və sülh elan etməyi təklif edib.
Bu təkliflə Belarus lideri xalqa və parlamentə müraciətində çıxış edib.
Onun sözlərinə görə, əgər Qərb sülhdən öz məqsədləri üçün istifadə etməyə çalışarsa, Rusiya münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi sənaye kompleksinin və ordunun bütün gücündən istifadə etməyə borcludur.
Lukaşenko vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə yolu ilkin şərt olmadan danışıqlardır.
Eyni zamanda o, Ukrayna Prezidenti Vladimir Zelenskinin hərəkətlərindən qəzəblənib.
"Bu nə möcüzədir? Suveren ölkənin Prezidenti konkret olaraq ona aid olan fərman imzalayır və özünə sülh danışıqları aparmağı qadağan edir. Bu, sadəcə olaraq gülüncdür - mən sizə bir prezident kimi deyirəm. Danışıqlar aparmaq istəmirsinizsə - etməyin. Danışıq aparmayın, niyə bu fərmanı imzalayıb, insanları güldürürsən, bununla nə nümayiş etdirmək istəyirsən?", - deyə Belarus lideri qeyd edib.
O, xüsusilə qeyd edib ki, Ukrayna qoşunlarının mümkün əks-hücum əməliyyatı münaqişənin davam etməsi riskini artırır.
"Bu, indiki şəraitdə mümkün olan ən pis şeydir. Çünki bu, danışıqlar prosesinə olan bütün ümidləri qıra bilər və münaqişənin qarşısı alınmaz şəkildə genişlənməsinə gətirib çıxara bilər", - o bildirib.
Belarus prezidenti vurğulayıb ki, haradasa yeni münaqişə başlasa, dünya Ukraynanı unudacaq.
"Heç kim onlara silah verməyəcək. Bəs onda necə? Məğlubiyyət olmasa belə, ölkəni təkbaşına bərpa edə bilməyəcəklər", - Lukaşenko qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.