KTMT-nin Qarabağa missiya göndərməsi üçün layihə hazırlanıb
12:41 31.03.2023 (Yenilənib: 12:50 31.03.2023)
© AFP 2024 / KTMT hərbçiləri
© AFP 2024 /
Abunə olmaq
KTMT katibliyinin nümayəndəsi Yuri Şuvalov bildirib ki, Qarabağa missiya göndərmək üçün layihə hazırlanıb və iştirakçı ölkələrin liderlərinin siyasi təsdiqi gözlənilir.
BAKI, 31 mart — Sputnik. İllərlə davam edən ziddiyyətlər nəticəsində Ermənistan və Azərbaycan arasında Qafqaz regionunda gərginlik davam edir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
KTMT katibliyinin nümayəndəsi Yuri Şuvalov isə bildirib ki, Qarabağa missiya göndərmək üçün layihə hazırlanıb və iştirakçı ölkələrin liderlərinin siyasi təsdiqi gözlənilir.
"Qafqaz regionunda vəziyyət davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə müşayiət olunur. KTMT-nin masasında bu regiona KTMT missiyasının göndərilməsi ilə bağlı hazır qərar layihəsi var", - Şuvalov cümə günü jurnalistlərə bildirib.
İmanqali Tasmaqambetov
© Sputnik / Вадим Савицкий / Министерство обороны РФ
/ "Biz bu qərar layihəsini müzakirə edirik. Əgər qərar siyasi liderlər, KTMT liderləri tərəfindən qəbul olunarsa, o zaman bu missiya göndəriləcək", - o deyib.
Yuri Şuvalov deyib ki, KTMT Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə daim hazırdır.
"Qafqaz kollektiv təhlükəsizlik regionuna gəlincə, təşkilat Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə və digər yardımlar göstərməyə daim hazırdır", - o jurnalistlərə açıqlamasında deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.