https://sputnik.az/20230330/zaxarova-amerikali-jurnalsitin-rusiyada-hebs-edilmesine-reaksiya-verdi-453222345.html
Zaxarova amerikalı jurnalistin Rusiyada həbs edilməsinə reaksiya verdi
Zaxarova amerikalı jurnalistin Rusiyada həbs edilməsinə reaksiya verdi
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, əcnəbilər viza və akkreditasiyadan jurnalistikaya aid olmayan fəaliyyətləri ört-basdır etmək... 30.03.2023, Sputnik Azərbaycan
2023-03-30T17:46+0400
2023-03-30T17:46+0400
2023-03-30T18:16+0400
mariya zaxarova
rusiya
jurnalist
saxlanılma
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436551335_0:0:2797:1574_1920x0_80_0_0_bf3d7c59dbf12fa7b5fcd2df504dbf0f.jpg
BAKI, 30 mart — Sputnik. Yekaterinburqda saxlanılan ABŞ-ın "The Wall Street Journal" (WSJ) nəşrinin əməkdaşının fəaliyyətinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb. "The Wall Street Journal"ın Amerika nəşrinin əməkdaşının Yekaterinburqda etdiyi işin jurnalistika ilə heç bir əlaqəsi yoxdur", - deyə diplomat vurğulayıb. "Təəssüf ki, bu, ilk dəfə deyil, "xarici müxbir"ə,jurnalist statusu verilir. Əcnəbilər viza və akkreditasiyadan jurnalistikaya aid olmayan fəaliyyətləri ört-basdır etmək üçün istifadə edirlər. Bu artıq birinci tanınmış qərbli deyil ki, biz ələ keçiririk". Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, FTX Yekaterinburqda casusluqda şübhəli bilinən "Amerikanın "The Wall Street Journal" jurnalının Moskva bürosunun müxbiri, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviç Evanı saxlayıb. Həmin şəxs Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunub". Müəyyən edilib ki, Gerşkoviç ABŞ tərəfinin göstərişi ilə hərəkət edərək Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət sirri təşkil edən məlumatlar toplayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436551335_171:0:2650:1859_1920x0_80_0_0_d2423a8678500901b9cccf29008497fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, jurnalist, saxlanılma
mariya zaxarova, jurnalist, saxlanılma
Zaxarova amerikalı jurnalistin Rusiyada həbs edilməsinə reaksiya verdi
17:46 30.03.2023 (Yenilənib: 18:16 30.03.2023) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, əcnəbilər viza və akkreditasiyadan jurnalistikaya aid olmayan fəaliyyətləri ört-basdır etmək üçün istifadə edirlər.
BAKI, 30 mart — Sputnik. Yekaterinburqda saxlanılan ABŞ-ın "The Wall Street Journal" (WSJ) nəşrinin əməkdaşının fəaliyyətinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.
"The Wall Street Journal"ın Amerika nəşrinin əməkdaşının Yekaterinburqda etdiyi işin jurnalistika ilə heç bir əlaqəsi yoxdur", - deyə diplomat vurğulayıb.
"Təəssüf ki, bu, ilk dəfə deyil, "xarici müxbir"ə,jurnalist statusu verilir. Əcnəbilər viza və akkreditasiyadan jurnalistikaya aid olmayan fəaliyyətləri ört-basdır etmək üçün istifadə edirlər. Bu artıq birinci tanınmış qərbli deyil ki, biz ələ keçiririk".
Bu gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, FTX Yekaterinburqda casusluqda şübhəli bilinən "Amerikanın "The Wall Street Journal" jurnalının Moskva bürosunun müxbiri, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviç Evanı saxlayıb. Həmin şəxs Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunub".
Müəyyən edilib ki, Gerşkoviç ABŞ tərəfinin göstərişi ilə hərəkət edərək Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında dövlət sirri təşkil edən məlumatlar toplayıb.